Dinimizin nəzərində bəyənilən paltar necədir?
Mьəllif: admin1
Tarix: 28-07-2020, 17:23
Dinimizin nəzərində bəyənilən paltar necədir?
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır. Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

İslamın nəzərində paltarın xüsusiyyətləri necə olmalıdır?

1. Qadınla kişi paltarının növü. Qadınların kişi paltarı və kişilərin qadın paltarı geyinməsi caiz deyildir. Ancaq müştərək sayılan paltarların geyinilməsində bir çətinlik yoxdur.

2. Pakizə olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. Bağışlayandır və bağışlamağı sevir. Pakizədir və pakizə olmağı sevir”.

3. Özünü kafirləri bənzətmək olmaz. İnsan gərək geyim əşyalarında o cümlədən: ayaqqabısında, papağında, üzüyündə, boyunbağısında və sair geyimlərində özünü kafirlərə bənzətməsin.

İmam Əli (ə) buyurur: “Çox az olur ki, insan özünü bir qövm kimi edər, sonra yavaş-yavaş onlardan olmaz”.

4. Paltarın keyfiyyəti və ölçüsü. İnsanın təkəbbür etdirəcək paltarların geyinilməsi – bəyənilməyən əməllərdəndir.

Paltarın təmtəraqlı olması insan ruhiyyəsinə təsir qoya bilir. Ona görə də dinimiz bu cür paltarlardan uzaq olmağı tövsiyə edir.

5. Paltarın cinsi. Peyğəmbər (s) pambıq parçadan olan geyimlərə üstünlük verərdi.

İmam Əli (ə) buyurur: “Pambıq paltarlar geyinin. Çünki o, Allah Peyğəmbərinin (s) libasıdır”.

6. Paltarın rəngi. Peyğəmbərin (s) ən sevimli rəngi – yaşıl rəng idi. O, həmçinin ağ rəngli paltarların geyinilməsinə üstünlük verərdi. Həzrət (s) qırmızı rəngi bəyənməzdi.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031