Möminə maddi çətinlik içində yaşamaq lazımdırmı?
Mьəllif: admin1
Tarix: 30-07-2020, 23:01
Möminə maddi çətinlik içində yaşamaq lazımdırmı?
Bir çoxlarının zehninə belə bir sual gəlir ki, müsəlman üçün varlı olmaq daha yaxşıdır, yoxsa kasıb?

Allaha imanı çox olan bəndə özünü kasıblığa qərq etməlidirmi?

Mübarək dinimiz insanın özünü kasıblığa qərq etməsini istəmir.

Əksinə, istətir ki, mömin çalışsın, səy göstərsin və çalışmaları ilə özünün və yaxınlarının rifahını təmin etsin.

Mal və dövlətə malik olmağın bir çox zəminələri vardır. Onlardan ən mühüm amil – səy və çalışmadır. Qurani-Kərim buyurur: “Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz”. (“Hud” 15).

Ona görə də fərqi yoxdur müsəlman olsun, ya qeyri-müsəlman – əgər səy göstərərsə, öz zəhmətinin bəhrəsini görəcəkdir. Pul və mal ancaq müsəlmanlara aid deyildir. İlahi hikmət belədir ki, bütün insanlar ruzi qazanır.

Həqiqət budur ki, dünyapərəstlik ilə axirətpərəstlik arasında əks rabitə mövcuddur. Ona görə də möminlər təqva əhli olduqları üçün daha çox qazanc əldə etmək ardınca olmazlar. Allah da onlara elə şərait yaradar ki, dünyapərəstlikdən uzaq olsunlar. Allah onları bəzən sınaqlara qərq edər ki, buna Quran dilində İlahi imtahan deyirlər.

Bununla yanaşı, istidrac qanunu da var. İstidrac sözünü belə mənalandırırlar: tədricən yuxarı qalxıb ucalmaq və yavaş-yavaş, yaxud qəfildən aşağı enib süqut etmək. “Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq”. (“Əraf” 182).

Bəzən Uca Allah günahkarlara və kafirlərə o qədər ruzi verər ki, həmin ruzi və nemət onların əzab mənbəyinə çevrilər. Əgər sizdən soruşsalar ki, Allahın gizli cəzasından birini misal çəkin, o zaman deyin ki, istidrac qanunu.

Bu insanlar – Allahın xüsusi cəzasına uğramış insanlardır. Allah onlara tədricən nemət verər və onları cəhənnəmə yaxın edər. Kafirlər xəyal edərlər ki, möminlər uğursuz və dəyərsiz insanlardır. Bu səbəbdən də özlərindən razı olarlar və günü-gündən təkəbbürləri artar və dünyaya qərq olarlar.

“Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar”. (“Ənam” 42).

Bu ayədə Allah Təala Həzrət Peyğəmbərə (s) buyurur ki, ancaq müsəlmanlar maddi çətinlikdə deyildirlər. Bəlkə keçmiş peyğəmbərlərin (ə) ümmətləri də maddi çətinlik çəkiblər. Əgər insan ona müsibət çatan zaman Allaha üz tutub yalvararsa, o insan hidayət ola bilər.

“Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir”. (“Tövbə” 55).

Beləliklə deyə bilərik ki, insanın maddi çətinlik çəkməsinin əsas üç səbəbi ola bilər.

Birincisi budur ki, insan səy göstərməz və çalışmaz, ancaq ruzisinin bol olmasını istəyər.

İkincisi budur ki, bəzən Allah hansısa insanı dünyapərəstlikdən uzaq saxlamaq üçün onlara maddi imkan verməz. Onları daima çətinliklərə düçar edərək, imtahana çəkər.

Üçüncüsü isə istidracdır. Allah kafirlərə nemət verərək, onları cəhənnəmə yaxınlaşdırar və onların bəhanə gətirmələri üçün yer qoymaz.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031