Behişt əhli olan müsəlman, digərlərinə şəfaət edə bilərmi?
Mьəllif: admin1
Tarix: 5-08-2020, 23:08
Behişt əhli olan müsəlman, digərlərinə şəfaət edə bilərmi?
Qurani-Kərimin ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü şəfaətçilər müxtəlif olacaqdır.

Bu şəfaətçilər o insanlara şəfaət verəcəklər ki, onlarda şəfaət üçün zəminələr olsun.

Bəs bu şəfaətçilər kimlərdir?

1. İlk şəfaətçi Həzrət Peyğəmbər (s) olacaqdır.

2. Ümumilikdə Qiyamət günü bütün peyğəmbərlər (ə) şəfaətçi olacaqlar.

3. Mələklər şəfaətçi olacaqlar.

4. Məsum İmamlar (ə) şəfaətçi olacaqlar.

5. Əhli-Beyt (ə) davamçıları şəfaətçi olacaqlar. (Əlbəttə ki, həqiqi Əhli-Beyt (ə) davamçıları).

6. Alimlər şəfaətçi olacaqlar.

7. Allah yolunda şəhid olanlar şəfaətçi olacaqlar.

8. Qurani-Kərim şəfaətçi olacaqdır.

9. O kəslər ki, ömürlərini İslam dininə sərf ediblər – şəfaətçi olacaqlar.

10. İbadət də şəfaətçi olacaqdır.

11. Saleh əməl insan üçün şəfaətçi olacaqdır.

12. Uca Allahın Özü günahkarlara şəfaət verəcəkdir.

Əlbəttə ki, Qiyamət gününün əsil şəfaətçisi Allah Təala olacaqdır. Ancaq Allahın icazəsi ilə, o biri şəfaətçilərin şəfaəti qəbul olacaqdır.

“Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur.

İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?!

İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər.

Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür”. (“Bəqərə” 255).



/Deyerler.org/[size]
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031