İnsan öz keçmişini xarab edibsə...
Uzaqgörənlik – insana fərdi və ictimai həyatında lazım olan əməllərdəndir. Bu keyfiyyət olmadan, insan dünyada müvəffəq ola bilməz.
Bu səbəbdən həm Quran və həm də Məsum İmamlar (ə) bizə tövsiyə edirlər ki, uzaqgörən və tədbirli olaq və fürsətləri əldən verməyək. Bu tövsiyələrə diqqət edək: “Ən aqil insan o kəsdir ki, daha çox əməlinin aqibəti barəsində düşünər”. “O kəs ki, əməlinin aqibətində dəqiq olar, giriftarlıqlardan amanda qalar”. “Əgər xarab etdiyin keçmiş ömründən ibrət götürsən, ömrünün qalanını qorumuş olarsan”. “Hər kəs ruzigarını tanıyarsa, hazırlıqlı olmaqdan və azuqə toplamaqdan qafil olmaz”. “Aqil insanın qəlb gözü, əməlinin sonunu görər. Öz eniş və yoxuşlarını tanıyar”. “Möminlər o kəslərdir ki, öz gələcəklərini tanıyarlar”. “Gələcəyi düşünməyin, uzaqgörənliyin və ehtiyat saxlamağın həddi vardır ki, əgər onu aşarlarsa – qorxaqlıq olar”. “Qələbə, uzaqgörənlik və gələcəyi düşünməklə əldə olunur”. /Deyerler.org/ Oxşar xəbərlər
|