İmam Hüseynin (ə) tövsiyəsi
Bir nəfər günahdan uzaq olmaq üçün İmam Hüseyndən (ə) öyüd-nəsihət istədikdə, o Həzrət buyurdu:
اِفْعَلْ خَمْسَةَ أَشْيَاءَ وَ أَذْنِبْ مَا شِئْتَ فَأَوَّلُ ذَلِكَ لَا تَأْكُلْ رِزْقَ اللَّهِ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الثَّانِي اخْرُجْ مِنْ وَلَايَةِ اللَّهِ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الثَّالِثُ اطْلُبْ مَوْضِعاً لَا يَرَاكَ اللَّهُ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الرَّابِعُ إِذَا جَاءَ مَلَكُ الْمَوْتِ لِيَقْبِضَ رُوحَكَ فَادْفَعْهُ عَنْ نَفْسِكَ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الْخَامِسُ إِذَا أَدْخَلَكَ مَالِكٌ فِي النَّارِ فَلَا تَدْخُلْ فِي النَّارِ وَ أَذْنِبْ مَا شِئْتَ “Bu beş işi yerinə yetir, sonar nə qədər istəsən, günah et: 1. Allahın ruzisini yemə, sonra nə qədər istəsən, günah et; 2. Allahın hakimiyyətindən çıx, sonra nə qədər istəsən, günah et; 3. Bir yer tap ki, Allah səni görməsin, sonra nə qədər istəsən, günah et; 4. Ölüm mələyi (Əzrail) sənin canını almağa gəldikdə, onu özündən uzaqlaşdır (və onun əlindən nicat tap), sonra nə qədər istəsən, günah et; 5. Cəhənnəmin maliki səni Cəhənnəmə aparmaq istədikdə, Cəhənnəmə daxil olma, sonra nə qədər istəsən, günah et!” “Biharul-ənvar”, c.75, səh.116. (Maide.Az) Oxşar xəbərlər
|