Hicab və iffətin oxşar və fərqli cəhətləri
Mьəllif: admin1
Tarix: 19-08-2020, 09:46
Hicab və iffətin oxşar və fərqli cəhətləri
Hər bir insan, sanki bir mirvari kimi özünü müəyyən qabığın içərisində qorumalıdır.

Hicab və iffətlə bağlı bəzi nöqtələr vardır ki, onlara diqqət etmək lazımdır. Onlar ibarətdir:

1. İffətin sütunu. Hicab – elə bir vacibatdır ki, iffətin sütunlarını möhkəm edər. İffətli insan öz heysiyyətini Allahın əmanəti hesab edər. Ona görə də heç bir zaman özünə icazə verməz ki, İlahi haqqı zay etsin və ya xərcləsin.

Bu insan haqqı da tanıyır, vəzifəsini də. Heç bir zaman heç kəsə fürsət verməz ki, özünü heysiyyətinin maliki bilsin.

2. Hicab təbii bir mövzudur. Hicab elə bir təbii mövzudur ki, insan bədəninin icazəsiz təmasına mane olar. İffət isə təbii haldan daha üstün bir hal olduğu üçün qəlb istəklərinə mane olar. O, nəfsi mələkə olduğu üçün onu nurlu hicab adlandırmaq olar. Namaz kimi insanı pisliklərdən saxlayar.

İmam Əli (ə) buyurur: “Heç bir qeyrətli insan iffətsizliyə yol verməz. İnsanın pakətəkli olması – onun qeyrəti ölçüsündədir”.

3. İffət dedikdə, halal miqdarla kifayətlənmək və həddi aşmaqdan uzaq olmaq nəzərdə tutulur. İffətli insan yetimin malına heç bir şey almadan əmanət kimi baxar.

Yetimi saxlayar və buna görə muzd istəməz. Allahın ona verdiyi ruzi ona kifayət edər.

İffət – qəlbin sağlam olmasının zəmanətidir.

4. İffət – möhkəm qaladır. İnsanı günahdan qoruyar. İffətli insan şeytanın (lən) oxlarından amandadır.

5. İffət, imamətin təsirini gücləndirər. İmam Əli (ə) buyurur: “Mənə təqva, səy, çalışma, iffət və mətanət ilə yardım edin”.

Çünki təqvalı cəmiyyətdə iffət nəfsi vardır. İnsan üçün mələk sifətli olmaq imkanını yaradar. Çünki böyük cihaddır.

Beləliklə, deyə bilərik ki, hicab ilə iffətin arasında sıx rabitə mövcuddur. Hicab insanı zahiri maneələrdən qoruduğu halda, iffət insanı batini maneələrdən qoruyar. İnsana mələk siması bəxş edər. Onu təqvalı və dəyanətli edər.

İffəftli insan hicaba riayət edər və onu özü üçün vacibat bilər. Çünki cəmiyyətdə haramdan uzaq olmaq istəyirsə, gərək hicaba riayət etsin.

Əgər iffətli olmaq istəyirsə, gərək hicaba riayət etsin. Əks halda iffət öz həqiqi mənasını itirər və insanı uçuruma tərəf aparar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031