İlahi imtahanları uğurla verməyin sirri
Hədislərimiz və Quran ayələri buyurur ki, əgər İlahi imtahanı uğurla vermək istəyirsənsə, gərək səndə bu sifətlər olsun:
1. Səbir. İmam Sadiq (ə) buyurur: “Elə bir mömin yoxdur ki, bəlaya düçar olsun və ondan da böyük və şiddətli bəlalar intizarında olsun. Əgər həmin bəlada səbirli olarsa, Allah o böyük bəlanı (ki, intizarında idi) aradan aparar. Əgər səbir etməzsə, intizarında olan böyük bəla gəlib çatar və davamlı olaraq giriftarlıqlar çoxalar”. 2. Dua. İmam Əli (ə) buyurur: “Əgər insanlar bəla nazil olan zaman düzgün niyyət və Allah Təalaya sevgi ilə dolu qəlblə dua etsələr, o şey ki, əllərindən getmişdir – geri qayıdacaqdır”. 3. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə verin və xəstələrinizi sədəqə verərək müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrin və xəstəliklərin qarşısını alar və ömrünüzü, həsənələrinizi artırar”. 4. Düşünmək və ibrət almaq. İnsan gərək ona müsibət çatan zaman onun səbəbləri barəsində düşünsün. Əgər günah edibdirsə – istiğfar etsin, əgər başqasının haqqını yeyibdirsə – onu əda etsin. Başqalarının moizələrindən faydalansın və hikmət əldə etsin. 5. Allahın istəyi qarşısında təslim olmaq. İmam Əli (ə) buyurur: “Allah Təala Davuda (ə) vəhy edir: “Ey Davud! Sən istəyirsən və Mən istəyirəm. Ancaq o şey həyata keçər ki, Mən istəyirəm. Əgər Mənim istəyimə təslim olsan, sənin istəyini də təmin edərəm””. /Deyerler.org Oxşar xəbərlər
|