Naməhrəmə əl verənin aqibəti
Mьəllif: admin1
Tarix: 1-09-2020, 20:23
Naməhrəmə əl verənin aqibəti
Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər ki, rahat şəkildə haram rabitə qura bilirlər – bu zaman onlar həyanın aradan getməsinə rəvac verirlər.

O zaman ki, cavanların təqvası az olar, dini bilgiləri olmaz və şeytanın vəsvəsələrinə məruz qalaraq – bu cür işlər görərlər. O zaman ki, cəmiyyətdə bu hal yayılar, mömin və təqvalı insanların işi çətinliyə düşər.

Əslində cəmiyyət elə xəstəliyə tutulmuş olar ki, müalicəsi heç də asan deyildir. Necə ki, Qərb ölkələri bu xəstəliyə tutulmuş və ağıllı insanlar ondan xilas olmaq üçün yollar axtarırlar.

Həzrət Peyğəmbər (s) qadınla kişinin haram rabitələri barəsində buyurur: “Naməhrəm qadın və kişi arasında məsafə yaradın. Çünki o zaman ki, onlar üzbəüz qərar tutarlar, cəmiyyət elə bəlaya düçar olacaqdır ki, müalicə ola bilməyəcəkdir”.

“Qadınlarla xəlvət etməkdən çəkinin. Canım əlində olan Allaha and olsun ki, kişi qadınla xəlvət etməz, məgər o halda ki, şeytan (o ikisini günaha salmaq üçün) daxil olar”.

“Əgər iynə zərbə ilə sizlərdən birinin başına batarsa, ondan daha yaxşıdır ki, naməhrəm qadına toxunsun”.

“Hər kim naməhrəm qadınla zarafat edərsə, ona dediyi hər kəlməyə görə, onu cəhənnəm atəşində min il həbs edərlər”.

“Hər kim naməhrəm qadına əl verər, Qiyamət günü boynuna zəncirlənmiş əli ilə məhşur olar. Sonra əmr olunar ki, onu atəşə aparsınlar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031