İmam Hüseyn (ə) son nəfəsədək qeyrəti müdafiə etmək məktəbini qoydu
Aşura günü İmam Hüseynin (ə) bütün tərəfdaşları şəhid olandan sonra, Həzrət (ə) təkbaşına meydana daxil oldu. Çox sayda düşməni cəhənnəmə vasil etdi. Həzrət (ə) vuruşan zaman çalışırdı ki, xeymələrdən uzaqlaşmasın.
Nəhayət düşmənlə vuruşaraq, meydanın ortasına daxil oldu. İmam (ə) fəryad çəkdi: “Vay olsun sizə, ey Əbi Süfyanın davamçıları! Əgər dininiz yoxdursa, məad günündən də qorxmursunuz? Ən azı dünyada azad olun və əsil və nəsəbinizə müraciət edin”. Şimr (lən) cavabında qışqırdı: “Ey Fatimənin (s.ə) oğlu, nə deyirsən?”. İmam (ə) buyurdu: “Mən sizinlə vuruşuram və siz də mənimlə vuşursunuz. Xanımların heç bir günahı yoxdur. O zamana qədər ki, mən sağam – qoymayın sizlərin nadanları, üsyankarları mənim hərəmimə hücum etsinlər”. İmam Hüseyn (ə) – Seyyidi-şuhədadır və tarix onun Aşura günü söylədiyi sözləri qeydə almışdır. Onun sözləri bütün azad insanlar üçün nümunədir. İmamın (ə) sözləri onu nişan verir ki, Həzrət (ə) iffət və hərəminə nə qədər əhəmiyyət verirmiş. Hətta döyüşün ən çətin anlarında belə, fikri hərəminin müdafiəsində idi. İmamın (ə) son sözləri də məhz namusun qorunması və iffət barəsində olmuşdur. Tarixdə oxuyuruq ki, Mərvanın atası Həkəm ibni Əbi As Mədinəyə hicrət etmişdi və müsəlman olmuşdu. Çox şərəfsiz bir kişi idi. Bir gün Peyğəmbərin (s) həyat yoldaşlarından birinin hücrəsinə uzaqdan boylandı. Həzrət Peyğəmbər (s) onun bu halından o qədər narahat oldu ki, ucu iti olan əsasını götürdü və onu təqib etməyə başladı. O, Həzrəti (s) görən kimi qaçdı. Peyğəmbərimiz (s) buyurdu: “Əgər onu tutsaydım, gözünü çıxardacaqdım”. Sonra əmr etdi ki, onu və ailəsini Taifə sürgün etsinlər. Onlar Peyğəmbərin (s) zamanında sürgündə olmuşdular. Osmanın xəlifə olduğu zamana qədər sürgündə idilər. Osman xəlifə olan zaman, onlar Mədinəyə qayıtdılar. O zaman Osmana etiraz etmişdilər ki, niyə Peyğəmbərin (s) sürgün etdiyi bu ünsürləri, o, geri qaytarmışdır? Şəhid Zəqaqi vəsiyyətində anasına yazmışdı: “Anacan! O zaman ki, şəhadət xəbəri eşidəcəksən, ağlama. Dəfn olunan zaman da ağlama. Vəsiyyətim oxunan zaman da ağlama. Ancaq o zaman ağla ki, bizim kişilərimiz qeyrəti unudacaqlar, qadınlarımız isə iffəti. O zaman ki, cəmiyyətdə qeyrətsizlik və hicabsızlıq artacaq. Anacan, o zaman ağla ki, İslam təhlükəyə düşəcəkdir”. Lə həvlə və lə quvvətə illə billəh… /Deyerler.org/ Oxşar xəbərlər
|