Alimlər İmam Hüseynin (ə) əzadarlığında
Mьəllif: admin1
Tarix: 16-08-2022, 22:31
Alimlər İmam Hüseynin (ə) əzadarlığında
Vəhid Behbani.

Nəql edirlər ki, Ağa Muhəmməd Baqir ki, Vəhid adı ilə məşhur olmuşdur, o zaman ki, İmam Hüseynin (ə) ziyarətinə gedərdi, əvvəl ayaqqabıların çıxarıldığı yeri öpərdi və əlini mübarək üzünə çəkərdi.

Sonra qəlb riqqəti ilə qəmgin halda hərəmə daxil olar və Həzrəti (ə) ziyarət edərdi. İmamı (ə) ziyarət edən zaman çox ehtiram göstərərdi.

Mərhum Axund Molla Ağa Dərbəndi.

Bu böyük alim Şeyx Ənsarinin şagirdlərindən olmuşdur. Onun haqqında danışırlar ki, alim İmam Hüseyn (ə) müsibətinə xüsusi əhəmiyyət verərdi.

Minbər başında o qədər ağlayardı ki, huşdan gedərdi. Nəql edilir ki, Aşura günündə paltarlarını çıxardar və özünə parça bağlayar və sonra üst-başını gilə batırardı. Bu halda minbər başına çıxar və rövzə oxuyardı.

Muhəddis Qumi nəql edir: “Seyyid Nemətullah Cəzayiri təhsil aldığı ilk ildə çıraq ala bilmirdi. Ayın işığından istifadə edir və mütaliə edərdi.

Nəticədə gözünün nuru azalmış və zəif görməyə başlamışdı. Ona görə də gözünə İmam Hüseyn (ə) türbətini sürtür ki, gözünün nuru artsın və bu yolla şəfa tapır”.

Şeyx Murtəza Ənsari.

Alimin nəvələri onun haqqında yazırlar: “Alim gündə iki dəfə səhərlər və əsr zamanı Aşura ziyarətini oxuyardı. Bu əməlini davamlı olaraq edərdi.

Vəfatından sonra onu yuxuda görənlər olmuşdu və halını soruşmuşdular. Cavabında üç dəfə demişdir: “Aşura””.

Zahid alimlərdən olan mərhum Şeyx Cavad Ərəb Nəcəfdə olan zaman yuxuda Həzrət Əzrayili görür. Salam verəndən sonra soruşur ki, haradan gəlirsən?

Deyir ki, Şirazdan gəlirəm, Mirzə İbrahimin ruhunu qəbz etmişəm.

Soruşur ki, onun ruhu bərzəx aləmində hansı haldadır? Cavab verir ki, bərzəxin ən üstün bağlarındadır və Allah min mələyi onun üçün vəzifələndirmişdir ki, əmrinə itaət etsinlər.

Soruşur ki, bəs bu məqama hansı əməli ilə çatmışdır? Cavab verir ki, “Aşura” ziyarətini oxuduğu üçün.

Alim yuxudan ayılan zaman araşdırır və görür ki, həqiqətən də Mirzə İbrahimi vəfat etmişdir.

Təbərrük üçün Məsumlardan (ə) məhərrəm ayının orucu haqqında buyuruşu diqqətə çatdırırıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Məhərrəm ayının bir gününü oruc tutarsa, onun üçün hər günə görə 30 günün savabı nəzərdə tutular”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031