İnsan süqutunun əsil amili cəhalət deyildir. Bəs nədir?
Mьəllif: admin1
Tarix: 6-09-2020, 11:54
İnsan süqutunun əsil amili cəhalət deyildir. Bəs nədir?
Ustad Pənahian bəhslərinin birində buyurmuşdur: “Əgər desək ki, insan süqutunun əsil amili cəhalətdir, bəndə bu sözü qəbul etməz. Cəhaləti rahatlıqla aradan aparmaq olar. O qədər cəmiyyətlər vardır ki, alimlərin olmasına baxmayaraq, süqut etmişdir.

Hətta bəzi əxlaqi fəzilətlər belə insanın süqut etməsinə gətirib çıxardır. İslamın əvvələrində müsəlmanların əksər hissəsi Həzrət Peyğəmbərin (s) ardınca idilər və o Həzrətdən (s) dərs alırdılar.

Ancaq onlar da belə, süqut etmişdilər. O qədər süqut etmişdilər ki, iş o yerə gəlib çatdı ki, İmam Hüseyni (ə) qətl etdilər.

Onlar Yəcuc və Məcuc deyildilər. Adi insanlar idilər və hətta Peyğəmbərin (s) nəfəsi onlara dəymişdi. Baxmaq lazımdır ki, onların süqut etməsinin əsil amili nə olmuşdur?

Əgər Peyğəmbərdən (s) soruşsaq ki, ya Rəsulallah (s)! Onlar ki, bu qədər sizin kənarınızda olmuşdular, bəs niyə süqut ediblər?

O, buyurar: “Mən bir çox yaxşılıqları onlara aşılamışam. Ancaq bu yaxşılıqlar, mən nə qədər çalışsam da, onlarda icad olmamışdır”.

Bəs bu yaxşılıqlar nədir?

Namaz qılmaq deyildir. Bəziləri deyir ki, İmam Hüseyn (ə) namaz üçün şəhid edilmişdir. Baxmaq lazımdır ki, bu sözün mənası nə deməkdir?

Çünki həm İblis (lən) namaz qılardı, həm də Şimr (lən) namaz qılardı. Gərək deyək ki, həqiqi namaz üçün şəhid olmuşdur. Ona görə də ilk olaraq həqiqi namazın nə olduğunu bilmək lazımdır, sonra demək lazımdır ki, İmam Hüseyn (ə) həqiqi namaz üçün şəhid olmuşdur.

Bəs hansı yaxşılıqlar insana nicat verə bilər?

Yaxşılıqların çox hissəsi insana nicat verə bilməz. Pisliklərin bir çoxu da insanı süqut etdirə bilməz. İnsan varlığında pisliklərin olması təbii bir haldır.

Belə ki, Əmirəl-möminin (ə) buyurur ki, sən təbiətin etibarı ilə bir çox pisliklərə maliksən və tapırsan. Bu şey pislik deyildir.

Bir çox yaxşılıqlara malik olmaq da hünər deyildir. Bir çox pislikləri yaxşılıqlara çevirmək də çətin deyildir. Bəzi insanlar din və əxlaq vasitəsilə öz nəfslərini islah etmişdilər. Pis rəftarlarını dəyişdirə bilmişdilər. Ancaq sonda süqut edib, cəhənnəmə getmişdilər.

Bəzi yaxşılıqlar vardır ki, onlardan çox az söhbət açılır və insan onu eşidən zaman titrəməyə başlayır. Bəzi pisliklər vardır ki, onlar haqqında da az danışılır, halbuki bu pislik hamıda vardır. Ancaq düşünürlər ki, bu, təbiidir və onu saxlamağa belə cəhd edirlər.

Əgər insanın imanı olarsa və insan ibadətlərin əskər hissəsini yerinə yetərərsə, hansı şey onu süqut etdirə bilər ki? Lakin bunun yanında vilayətçi olmaq mühüm amildir. Əgər insan İmamını (ə) tanımazsa – süqut edər, nə imanın ona faydası olar, nə də ibadətlərinin.

İmam Rza (ə) bəzi Əhli-Beyt (ə) davamçıları barəsində buyurur: “Onlar İmam Hüseyni (ə) sevirlər, ancaq zühurdan əvvəl Dəccalın fitnəsindən də pis fitnələr həyata keçirərlər”.

Baxmayaraq ki, onlar İmam Zaman ağa (ə.f) üçün də göz yaşı tökərlər, ancaq İmam (ə.f) gələn zaman onun qarşısında dayanarlar. Çünki onlar vilayəti qəbul etməyən insanlardır.

O kəslər ki, ilk gündən Peyğəmbərin (s) rəhbərliyini qəbul etməmişdir, Əmirəl-möminin (ə) vilayətini qəbul etməmişdir, İmam Zaman ağanın (ə.f) vilayətini qəbul etməmişdir – onların müştərək cəhətləri hansıdır? Əlbəttə ki, təkəbbürdür”.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031