Günahın dərmanı nədir?
Mьəllif: admin1
Tarix: 8-09-2020, 15:14
Günahın dərmanı nədir?
Xəstəlik hər nə qədər öldürücü və təhlükəli olarsa, dərmanı da bir o qədər dəyərli olar. Ən böyük dərdlərdən biri də günahdır. Çünki həm təhlükəlidir və həm də həlak edəndir.

Günah xəstəliyi insanın ağlını get-gedə söndürər və iş o yerə gəlib çatar ki, sahibinin qəlbi kor olar. Batil ilə haqqı bir-birindən ayıra bilməz.

Günah insanın pak fitrəti ilə təzad təşkil etdiyi üçün, insanın halı günü-gündən daha da pisləşər və ruhi sağlamlığını əldən verər.

Hər bir dərdin dərmanı vardır. Bəs günahın dərmanı nədir?

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir xəstəliyin dərmanı vardır. Günahın dərmanı – istiğfar və Allahın pak zatından əfv istəməkdir”.

İstiğfar və tövbə– elə bir rəhmət yağışıdır ki, kimin başına yağarsa, həm günahları pak olar, həm də həyatında rahatlığa çatar. Ona görə də hamının ona ehtiyacı vardır.

İsitğfar elə dərmandır ki, həm günahın dünya təsirlərini aradan aparar, həm də axirətinə müsbət təsir edər.

Başqa tərəfdən dinimiz buyurur ki, başqa möminlərdən istəyin ki, sizin üçün dua etsinlər və bağışlanma istəsinlər. Çünki Allah möminin, mömin qardaşı üçün etdiyi duaları tez yerinə yetirər.

Dinimiz buyurur ki, əgər başqalarının sənin üçün dua etməsini istəyirsənsə, başqalarına Quran öyrət. Çünki Quran öyrədən müəllim haqqında, hətta dənizdəki balıqlar belə, bağışlanma istəyərlər.

“Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər”. (“Cümə” 2).

Bu ayə buyurur ki, Həzrət Peyğəmbərin (s) ən mühüm vəzifələrindən biri – müəllimlik olmuşdur.

Beləliklə, deyə bilərik ki, hər bir xəstəliyin əlacı vardır və günah xəstəliyinin əlacı və dərmanı – istiğfar və tövbədir. Hər kim tövbə tövfiqinə nail olarsa, həm günahları paklanar və həm də həyatında rahatlığa qovuşar. Axirəti abad olar.

Günahın bağışlanmasına yardım edən əməllərdən biri də başqalarına Quran öyrətməkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031