Necə edək ki, Allahla münacatdan ləzzət alaq?
Mьəllif: admin1
Tarix: 13-09-2020, 21:18
Necə edək ki, Allahla münacatdan ləzzət alaq?
İnsanın zahiri hiss orqanları olduğu kimi, batini hiss qüvvəsi də mövcuddur.

İnsanın batini gözü və batini qulağı vardır ki, mənəvi ləzzətləri onların vasitəsilə dərk edir.

İnsanın mənəvi ləzzəti dərk etməsi üçün əbd və bəndə olduğunu dərk etməsi mühümdür.

Əgər agah olsaq ki, biz bəndəyik və Allah bizim Mövlamızdır – Ona itaət etməliyik.

Bu agahlıq və ibadət sayəsində insan mənəvi ləzzəti əldə edə biləcəkdir.

Bəs bu agahlığa necə çataq?

1. Təfəkkür etmək. İnsanın özü haqqında və Allahın nemətləri barəsində düşünməsi sayəsində, Allah haqqında məlumatı artar.

Bu haqda mütaliə etmək və suallar verib cavablar almaq, get-gedə nəfsimizə təsir qoyacaqdır.

Elə ki, Allahı tanıdıq – daha böyük şövqlə Onunla münacat edəcəyik.

2. Vacibatları yerinə yetirmək və günahı tərk etmək. İbadətin həqiqi ləzzətini dərk etmək üçün gərək ruhumuz günaha bulaşmasın.

Çünki günah – münacat ləzzətini dərk etməyə mane olan ən mühüm amildir. Ona görə də tövbə və istiğfar edərək, ruhumuzu günahdan paklaya bilər və Allahla ibadətin ləzzətini dərk edə bilərik.

3. Məadı yada salmaq və Allahı zikr etmək. Əgər bəndə bacarsa gün ərzində Allahı çoxlu yada salsın və Onu zikr etsin – bu zaman ibadət zamanı da mənəvi ləzzəti dərk edəcəkdir.

Allahı davamlı olaraq zikr etmək və məadı yada salmaq – insanda qəlb hüzuru meydana gətirər. Hər nə qədər qəlb hüzuru çox olarsa, insan ibadətdən bir o qədər ləzzət alar.

4. Dua və təvəssül etmək. İnsan əgər ibadətlərindən ləzzət almaq istəyirsə, gərək Məsumlara (ə) təvəssül edib, onlardan yardım istəsin.

Dua və təvəssül sayəsində insan ibadətlərinin ləzzətini dərk edəcək və Allaha yaxın olacaqdır.

Allah cəmi bəndələrini buna müvəffəq etsin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031