Niyyət et ki, bu paltarda günah etməyim… – Ayətullah Meşkininin əxlaq dərslərindən
Mьəllif: admin1
Tarix: 14-09-2020, 12:49
Niyyət et ki, bu paltarda günah etməyim… – Ayətullah Meşkininin əxlaq dərslərindən
Ayətullah Meşkini cümə xütbələrindən birində buyurmuşdur: “Bacardığınız qədər günahdan çəkinin. Günahı tanıyın, savabı tanıyın. Allahın hansı işlərdən razı olduğunu tanıyın.

Hansı işlərdən narazı olduğunu tanıyın. Günahları tərk edin ki, bu, insanın dünya və axirət abırıdır. Allahdan istəyin ki, sizə elə bir tövfiq versin ki, günah etməyəsiniz.

Bir gün təzə qəba geyinmişdim və müəlimim mənə baxıb dedi: “Filahkəs! Sənin üçün bir dua edəcəyəm və inşəallah, bu paltarda günah etməzsən”.

O zaman ki, bir evə daxil olursan, de: “Allahım, bu evdə günah etməyim”.

O zaman ki, Allah sizə övlad verir, de: “Allahım, bu övladımla bağlı günah etməyim”.

“Allahım, Mənə verdiyin nemətlərə görə günah etməyim”.

Günahdan bacardığınız qədər çəkinin, dünya və axirət səadəti, təqva – günahdan çəkinməklə mümkündür. İnsanlar fərqli olduğu kimi, qəlbləri də fərqlidir. Bəzi qəlblər genişdir, bəziləri isə çox dardır.

İmam Əli (ə) Kumeylə buyurur: “Ey Kumeyl! Sinələrdə mövcud olan bu qəlbləri ki, görürsən – hamısı qab kimidir”.

Bəzi qablar stəkan kimidir. Bəzi qablar isə hovuz kimidir. Hər nə qədər böyük və əzəmətli olarsa, heç bir müsibət onu yerindən tərpədə bilməz.

Hədisi nəql edən danışır: “Allaha and olsun ki, o zaman ki, Hüseyn ibn Əlinin (ə) bütün ordusu öldürülür və tək qalır, onun qiyafəsinə nəzər saldım və siması sevinən bir insan kimi idi. Bu, böyük insandır. Hadisələr onun qarşısında heç nədir”.

Mömin dağ kimidir və minillər boyu yerində möhkəm qalar. Nə yağış, nə külək, nə ildırım onu hərəkət etdirə bilməz. Bu cür möminlərdən olun.

Ona görə də geniş qəlbə malik olmalısınız. Quran buyurur ki, bu Quran o kəs üçündür ki, qəlbə malik olsun. Qəlbin vardırmı?

Hədislərin birində oxuyuruq: “Bir gün Musa (ə) öz qövmünü toplayır və danışmağa başlayır.

Peyğəmbərlər (ə) xətib olublar. Eşidənlərə təsir qoyardı. Eşidənlərin qəlbinə təsir qoyardı.

Bir kişi yerindən qalxdı və köynəyini çıxardıb parçaladı. Allah əmr etdi: Ey Musa! Mənim bu bəndəmə de: Mənim bəndəm, paltarını parçalama!

Əsəbiləşmə, adi halından çıxma. Qəlbini böyük et və qəlbin genişlənəcəkdir. Mən onu sevirəm. Sənin qəlbin, İlahi qəlb olsun”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031