Həzrət Qasimin evlilik mövzusu doğrudurmu?
Tarixdə bu mövzunu təsdiq edəcək etimad olunası mənbələr yoxdur. Alimlərin əksər hissəsi bu mövzunu qəbul etməmişdir.
Aşura hadisəsində belə bir mövzunun olması əqli cəhətdən də mümkün deyildir. Qasimin Kərbəlada evlənmək mövzusunu ilk olaraq Molla Hüseyn Kaşifi nəql etmişdir. Bəziləri ona istinad etmiş və bəziləri də bu hadisənin təhrif olduğunu hesab etmişdilər. Belə nəql edilir: “Həzrət Qasim Aşura günü İmamdan (ə) istəyir ki, onu döyüşə göndərsin. Ancaq yaşının az olmasına görə, İmam (ə) ona icazə vermir. Qasim çox narahat olur və atasının ona bağışladığı qolbağı yadına düşür. Atası ona demişdi ki, o zaman ki, qəmgin olarsan, bu qolbağını aç. O da qolbağını açır və görür ki, orada atasının vəsiyyəti yazılmışdı. Bu vəsiyyətdə atası ona buyurur ki, Kərbəlada vuruşub şəhid olsun. O, bu vəsiyyəti İmama (ə) gətirir və İmam (ə) qardaşının xəttini görən zaman ağlayır və buyurur: “Atan mənə vəsiyyət etmişdi ki, qızlarımdan birini sənin nikahına gətirim”. Ona görə də Abbasa və Həzrət Zeynəbə (s.ə) buyurur ki, nikahın müqəddimələrini hazırlasınlar. Bu tərtiblə Qasim əvvəl evlənir və sonra döyüş meydanına daxil olur. Deyilənə görə, İmamın (ə) Qasimlə evləndirdiyi qızının adı Zubeydə olmuşdur”. Ancaq (ə) İmamın bu adda qızı olmamışdır. Bir çox böyük alimlər bu mövzunu qəbul etməmiş və onu tənqid etmişdilər. Belə ki, Şeyx Abbas Qumi, Şeyx Fəxrələddin Tərihinin nəql etdiyi bu əfsanəni qəbul etməmiş və onu etibasız hesab etmişdir. Əllamə Məclisi buyurur: “Qasimin evlilik xəbəri etibarlı kitablardan bəyan edilməmişdir”. Mirzə Hüseyn Nuri buyurur: “Necə ola bilər ki, Qasimin evliliyi kimi böyük bir hadisə kitablarda nəql edilməsin?! Ona görə də bu hadisə həqiqətdən uzaqdır”. Beləliklə deyə bilərik ki, Qasimin evlilik mövzusu həqiqətdən uzaq olan bir mövzudur və tarixin etibarlı mənbələrində nəql edilməmişdir. Ona görə də onun doğru olması şübhə yaradır. /Deyerler.org/ Oxşar xəbərlər
|