Allahı zikr edən, bu müsbət təsirləri əldə edə bilər
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:22
Allahı zikr edən, bu müsbət təsirləri əldə edə bilər
Allahla rabitə qurmağın yollarından biri – Onun zikrini etməkdir. Yəni, insanın dilində və qəlbində Allahın adlarını yada salmasıdır.

Zikrin insan ruhuna müsbət təsirləri vardır ki, onlarla tanış olaq:

1. Allahın bəndəni yada salması. İlahi zikrin təsirlərindən biri budur ki, Allah bəndəsini yada salar. Ona görə buyurur ki, Məni yada salın ki, Mən də sizi yada salam.

2. Qəlbin aydınlanması. Allah buyurur ki, hər kim Onun zikrini edər – həmin şəxsin qəlbi Onun nuru ilə aydınlanar və belə bir qəlb ayılar.

Əgər qəlb ölərsə, insan həlak olar – baxmayaraq ki, sağ qalsa belə. Qəlbin ölməsinin qarşısını alan amillərdən ən mühüm olanı – Allahı zikr etməkdir.

3. Qəlbi aram olar. Hər kim Allahı yada salar – onun qəlbi aram və hüzurlu olar.

4. İlahi qorxuya malik olar. Allahı yada salmağın təsirlərindən biri budur ki, belə bir insan İlahi xofa malik olar. Nə zaman Allahı yada salsalar, onların qəlbləri qorxar.

5. Bəsirətə malik olar. İnsanı süqut etdirən amillərdən biri – şeytanın (lən) tələsinə düşməsidir. Allahı zikr etmək insana bəsirət verər ki, bunun sayəsində şeytanın (lən) tələlərini tanıyar və ora düşməz.

6. Günahların bağışlanması. Allahı yada salmağın səmərələrindən biri budur ki, Allah belə bir bəndəsini sevər və onun günahlarını bağışlayar.

7. Hikmət və elm. Allahı yada salmağın təsirlərindən biri də ağlın bişməsi, kamala və hikmətə çatmasıdır. Zikr səbəb olar ki, insanın idrak qüvvəsi artsın və fikirləri cuşa gəlsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031