İnsan nə üçün kədərli olur?
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:29
İnsan nə üçün kədərli olur?
Hədislərin nəzərində qəm və qüssənin amilləri ilə tanış olaq.

1. Günah. Həzrət Peyğəmbər (s) buyurur: “Qəm və qüssə anları – günahları örtmək anlarıdır. Mömin insan davamlı olaraq qəm və qüssə içində olar o zamana qədər ki, bütün günahlardan pak olar”.

İmam Rza (ə) buyurur: “Elə bir Əli (ə) davamçısı yoxdur ki, gündüz pislik və ya günah etsin, məgər axşam qəmgin olsun ki, (o qəm) pislik və günahı tökər”.

2. Dünyaya bağlanmaq. İmam Sadiq (ə) buyurur: “Dünya istəyi qəm və qüssə gətirər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dünyaya yapışar, mən (üç şeyi) onun üçün qəti bilirəm: elə yoxsulluq ki, ehtiyacsızlıq onun üçün olmaz, elə giriftarlıq ki, ondan xilas olmaz, elə qəm və qüssə ki, sona çatmaz”.

3. Əməldə səhlənkarlıq etmək. İmam Əli (ə) buyurur: “O kəs ki, əməlində səhlənkarlıq edər – qəmə giriftar olar”.

4. Başqalarının malına göz dikmək. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, gözü insanların əlində olanda olar – qəmi uzun və təəssüfü davamlı olar”.

5. Şəhvət. Həzrət Peyğəmbər (s) buyurur: “O qədər tez keçən ləzzətlər və istəklər olmuşdur ki, uzun qəmi ardınca qoyub getmişdir”.

6. Yersiz qəzəb. İmam Əli (ə) buyurur: “Hər kim başqasına qəzəblənərsə ki, ona ziyan vurmaq gücündə olmaz – qəmi uzun olar və özünə əzab verər”.

7. Mənfi baxış. İmam Kazım (ə) buyurur: “O kəs ki, qəm yeyər – qəm və qüssəyə layiqli olar”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031