Niyə həm mömin, həm kafir: “Ey, kaş tez gələ bilsəydim” deyər?
Nəql edilir ki, İmam Rza (ə) bir xəstəni ziyarət edir. Xəstənin ətrafında olan insanlar ağlayırdılar. Deyirdilər ki, bu insan bizim dostumuzdur, mömindir və indi vəfat etmək üzərindədir.
Bu sözlərdən İmam Rza (ə) gülümsədi. Xəstənin yaxınları narahat oldular və soruşdular ki, axı biz ağlayırıq, siz niyə gülümsəyirsiniz? İmam (ə) buyurur: “Ona görə gülürəm ki, ətrafında əyləşən insanların hamısı ondan əvvəl vəfat edəcəklər. O, bu xəstəlikdən nicat tapacaqdır”. Hədislərin birində oxuyuruq: “O kəs ki, vəfat edər – istər mömin olsun, istərsə də kafir – deyərlər: “Ey, kaş tez gələ bilsəydim”. Möminə behiştdəki yerini göstərərlər və deyər ki, ey, kaş tez gələ bilsəydim. Kafirə cəhənnəmdəki yerini göstərərlər, deyər ki, ey, kaş tez gələ bilsəydim və daha az günah edə bilsəydim. Möminlərdən biri ölümdən çox qorxurmuş və can verən zaman deyir ki, mən artıq ölümdən qorxmuram. Deyir ki, bir göl görürəm ki, ördəklər onun ortasında qanad çalırlar və bu mənzərədən çox xoşum gəlir. Allah ölümdən qorxan bəndəsini əvvəl ölüm üçün hazırlayır, sonra ruhunu qəbz edir. Elə edir ki, mömin bəndəsi ölüm üçün hazır olsun, ondan sonra ruhunu qəbz etsin. Hədislərin birində oxuyuruq: “Allah buyurur: “Nəhayət elə işlər görürəm ki, (ölümə) rəğbəti əmələ gəlsin””. /Deyerler.org/ Oxşar xəbərlər
|