Ata və ananızı razı salın ki, Allah sizdən razı olsun
Mьəllif: admin1
Tarix: 19-09-2020, 10:31
Ata və ananızı razı salın ki, Allah sizdən razı olsun
Mübarək dinimiz valideynə hörmət etməyi – bir müsəlmanın vəzifəsi olaraq müəyyən edir. Bunun əksi olan ağvalideynliyi isə şiddətlə pisləyir.

Valideynə ehtirama təşviq edən bəzi nöqtələrə baxaq.

1. Allahın razı olması. Hədisdə oxuyuruq: “Ata və ananızı razı salın ki, Allah sizdən razı olsun”.

2. Ömrün uzun olması. İmam Sadiq (ə) buyurur: “Ata və ananıza ehtiram göstərin ki, uzun ömrə malik olasınız”.

Ağvalideyn olmaq – kəbirə günahlardandır ki, insanı həm dünyada və həm də axirətdə bədbəxt edər. Bu əməlin gətirdiyi bəzi mənfi nəticələr ilə tanış olaq:

1. Namazın qəbul olunmaması.

2. Duaların qəbul olunmaması.

3. Valideynin duasından məhrum olmaq. Valideynlərin övlad barəsində etdikləri dualar qəbul olunar. Əgər insan ağvalideyn olarsa, bu cür dualardan məhrum olacaqdır.

4. Bədbəxtlik. O kəs ki, ağvalideyn olar, həyatda xoş gün görməz.

5. İntiqam. Hədislərimiz buyurur ki, siz valideynləriniz ilə necə rəftar etsəniz, övladlarınız da sizinlə o cür rəftar edəcəklər.

6. Behiştin iyindən məhrum olmaq.

7. Çətin ölüm. Hər kim valideyninə əziyyət verərsə, ağır ölümlə bu dünyadan gedər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031