İbrət üçün bu, kifayətdir…
İmam Əli (ə) hədislərin birində buyurur: “Ey insanlar! Sizə ölümü yada salmağı tövsiyə edirəm. Ölümdən çox az qəflət edin. Ölümü necə unuda bilərsiniz, o halda ki, o, sizi unutmur?
Necə tamah edə bilərsiniz ki, o, sizə möhlət vermir? Keçmişdəkilərin ölümü sizə ibrət üçün kifayətdir. Onları qəbiristanlığa apardılar, miniyə minmədikləri halda. Onları qəbrə endirdilər, özləri enmədikləri halda. Elə unuduldular ki, sanki dünyanı abad edənlərdən olmamışdılar. (Sanki) axirət həmişə onların evi imiş. O şeyi ki, öz vətənləri bilirdilər – ondan qaçıblar. Ora ki, qaçıblar – aram olublar. O şeylərlə ki, məşğul idilər – ayrılıblar. İndi nə qüdrətləri vardır ki, çirkin əməllərindən uzaq olsunlar və nə də yaxşl əməllərinə yaxşılıqlar əlavə edə bilmirlər. Elə bir dünya ilə mənus (alışmış, isinişmiş) olublar ki, onları məğrur edibdir. Ona inandıqları üçün, nəhayət onları məğlub edibdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|