Bəzi məmurlar niyə rüşvət alırlar?
Məmurun rüşvət almasına həm ictimai, həm iqtisadi, həm siyasi amillərin təsiri vardır. Eyni zamanda rüşvət almaq insanın fərdi sifətlərinə də qayıdır. Demək olar ki, insanın rüşvət almasına səbəb olan əsil amil hərislik və tamahdır.
Hərislik və tamah – hədislərin dili ilə desək, elə bir minikdir ki, onu kontrol etmək mümkün deyildir. Onun ardınca hər nə qədər çox gedərsənsə, səni öz ardınca çəkər. O yerə qədər ki, insanı zəlil və xar edər. İmam Əli (ə) buyurur: “Zillət, alçaqlıq və bədbəxtlik – nalayiq sifət olan hərislik və tamah sifətində gizlənmişdir”. O zaman ki, söhbət maddi mənafedən düşər – insan iki haldan xaric olmaz. Ya elə insandır ki, Allahı tanıyır və Ona əqidəsi vardır. Onun yolunda bu maddi şeyi fəda etməyə hazırdır. Bu zaman əqidəsində sabit qalar. Ya da əqidəsi olan insandır. Ancaq maddi mənafedən söz düşəndə, daha çox mənafeni seçər və əqidəsini unudar. Hətta iş o yerə gəlib çatar ki, öz mənafesinə görə Allahı, məadı belə inkar edər. Hər bir insan bu imtahan qarşısında qala bilər. Necə ki, kitab əhli Böyük Peyğəmbəri (s) inkar etmişdilər. “(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s) – Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir”. (“Bəqərə” 146). Həzrət Peyğəmbər (s) buyurur: “Rüşvətdən çəkinin, çünki o, xalis küfrdür. Rüşvət alan behiştin iyini dərk etməyəcəkdir”. Həzrət Peyğəmbər (s) buyurur: “Allah lənət etmişdir rüşvət alanı, rüşvət verəni və o ikisi arasında olan vasitəni”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Rüşvət alan və rüşvət verənin hər ikisi atəşdədir”. İdarələrdə çox vaxt rüşvəti hədiyyə adı ilə verirlər. Rüşvət hədiyyə adı ilə də verilərsə, yenə də haramdır. Ona görə də hətta hədiyyə adı ilə belə olsa, rüşvət almaqdan çəkinmək lazımdır. Çünki insanın dünya və axirətini bada verəcəkdir. Müqəddəs İslam dini rüşvəti haram sayır və hətta küfrə bərabərləşdirir. Müsəlman, bu rəzil hərəkətdən kənar olmalıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|