Şeytanın (lən) əsil vəsvəsələri hansılardır?
Mьəllif: admin1
Tarix: 22-09-2020, 22:32
Şeytanın (lən) əsil vəsvəsələri hansılardır?
Lənətlik şeytan – insanın ən qədim və ən qatı düşmənidir. Onun əsil işi – insanı vəsvəsə edərək, günaha tərəf sürükləmək və Allahın rəhmətindən uzaqlaşdırmaqdır.

Çünki o, bunun üçün and içmişdir və andına da əməl etməkdədir.

Şeytanın (lən) əsil vəsvəsələri ilə tanış olaq.

1. Kiçik günahlara təşviq etmək. Şeytan (lən) insana tədricən hakim olar. Addım-addım irəli gələr və onu yolundan azdırar. Əvvəl kiçik günahlardan başlayar və sonra insanı böyük günahlara tərəf çəkər.

2. Haqqdan dönmək yollarını asan göstərər. İmam Əli (ə) buyurur: “Həqiqətən, şeytan öz yollarını sizə asan cilvə etdirər”.

3. Əlaqə bəslədiyi şeylərin vasitəsilə insanı yolundan azdırar. Şeytan (lən) insanı o şeylə yolundan azdırar ki, ona əlaqəsi vardır. Abidləri ibadətdə riyakarlıq ilə, alimləri elmdə qürur ilə, zənginləri malları ilə fəxr etməkləri ilə, yoxsulları uzun arzular ilə...

4. Yalan vədə vermək. Şeytan insanlara yalan vədələr verər. Bu haqda Allah buyurur: “Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir”. (“Nisa” 120).

5. Çirkinliyə zinət verər. “Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. (“Ənam” 43).

6. İnsanları Allahın rəhmətinə görə ümidsiz edər.

Uca Allah pənah aparırıq lənətlik iblisin vəsvəsələrindən!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031