Riya neçə hissədən ibarətdir və dərəcələri hansılardır?
Riya – o əməldir ki, ibadətin əslini aradan aparar, onu məhv və ruhsuz edər. İnsanın əməli niyətilədir. Deməli, riya – insanın əməlinin mahiyyətini zədələyər.
Riyakarın niyyəti Allaha yaxınlaşmaq olmaz, onun əsil niyyəti – dünya mənfəəti, nəfsani istəklərin təmini olar. Riya bir neçə hissəyə bölünər: 1. İmanda olan riya. Yəni, zahirdə müsəlman, batində müşrikdir. 2. İbadətdə olan riya. Dini qəbul edir, ancaq ibadəti yerinə yetirən aman riyaya düçar olur. 3. Müstəhəb əməllərdə riya. Yəni, müstəhəb əməlləri riya niyyətilə yerinə yetirər. Hədislərimizin nəzərinə görə, riya şirkə bərabər olan əməldir. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Hər bir riya – şirkdir. Hər kim insanlar üçün iş görər – savabı insanların öhdəsindədir və hər kim Allah üçün iş görərsə – savabı Allahladır”. Riyanın dərəcələri: 1. Bu dərəcədə insan qürbət qəsdindən tamamilə uzaq olar. 2. Burada qürbət qəsdi zəif olar və əgər riya olmasa, insan həmin əməli yerinə yetirməz. 3. Burada qürbət qəsdi olar, amma riya qəsdi qürbət qəsdinə qalib gələr. Əgər riya olmasaydı, insan o əməli yerinə yetirməzdi. Dinimiz buyurur ki, riya – hər bir halı ilə haramdır. Ona görə də əgər ibadətlərimizi, imanımızı zay etmək istəmiriksə, gərək riyadan uzaq olaq və niyyətimizi ancaq Allah üçün edək. /Deyerler.org/ Oxşar xəbərlər
|