Qiyamət günü insanlar neçə qrupa bölünəcəklər?
Mьəllif: admin1
Tarix: 25-09-2020, 20:10
Qiyamət günü insanlar neçə qrupa bölünəcəklər?
İmam Sadiq (ə) buyurur ki, insanlar Qiyamət günü üç dəstəyə bölünəcəklər:

1. Bir dəstə o kəslərdir ki, başqaları Qiyamətin dayanacaqlarında dayanan zaman, onlar Allahın ərşinin kölgəsində qərar tutacaqlar.

2. O kəslərdir ki, hesab verməli, cəhənnəmdə müvəqqəti olaraq qalmalıdırlar. Əzablarla pak olmalıdırlar. Sonra behiştə daxil olmalıdırlar.

3. O kəslərdir ki, Allahdan üz çeviriblər və cəhənnəm quyusuna süqut edəcəklər.

Beləliklə deyə bilərik ki, bir dəstə behişt əhlindən olacaqdır və birbaşa behiştə gedəcəkdir. Bir dəstə müvəqqəti olaraq cəhənnəmdə olacaq və pak olduqdan sonra behiştə gedəcəkdir. Bir dəstə isə əbədi olaraq cəhənnəmdə qalacaqdır.

Əllamə Məclisi bu hədisləri cəm edərək, cəhənnəmdə olacaq insanlar barədə belə nəticəyə gəlmişdir:

1. İslam dininin zərurətlərini inkar edənlər – atəşdə olacaqlar.

2. O insanlar ki, İslamın zərurətlərini inkar etmiş və Əhli-Beytlə (ə) düşmənçilik etmişdilər – onlar da əbədi olacaq cəhənnəmdə olacaqlar.

3. Əhli-Beyt (ə) davamçılarından hər kim kəbirə günah etmişdirsə, cəhənnəmdə əzab görəcək və pak olduqdan sonra behiştə düşəcəkdir.

Beləliklə deyə bilərik ki, Qiyamət günü insanlar üç dəstəyə bölünəcəkdir: möminlər, imanları zəif olanlar, kafirlər və müşriklər.

Bu üç dəstədən kafirlər və müşriklər əbədi cəhənnəmdə qalıcı olacaqlar.

“Kafir olan və Bizim (tövhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 39).

Möminlər isə 2 qrupda cəmləşəcəklər: behişt əhlindən olanlar və müvəqqəti cəhənnəmə gedənlər.

O kəslərin ki, Allaha və Əhli-Beytə (ə) sevgisi vardır, ancaq xətalar yol vermişlər – onlar öz günahlarından pak olduqdan sonra behiştə düşə biləcəklər.

Allah Təala bizləri möminlərin cərgəsində qərar tutanlardan etsin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031