Söz gəzdirən insan, Allahla düşmənçilik etmiş olar
Söz gözdirmək – o rəzil sifətlərdəndir ki, insanın dünyasını və axirətini bada verər və Allah yanındakı məqamını alçaldar.
Söz gəzdirməyin pis təsirləri ilə tanış olaq: 1. Düşmənçiliyə və nifaqa səbəb olar. Hər kim söz gəzdirər – istəsə də, istəməsə də – düşmənçiliyi və nifaqı yaymış olar. Cəmiyyətdəki hüzuru aradan aparar və insanların bir-birinə olan etimadı azalar. 2. Allahla düşmənçilik edər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin Allah yanında ən düşmən olanınız – söz gəzdirənlərinizdir”. 3. Duası yerinə yetməz. Hər kim söz gəzdirərsə, Allah onun duasını yerinə yetirməz. 4. Qəbirdə əzab çəkər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim söz gəzdirmək qəsdi ilə addım atarsa, Allah qəbrində ona elə bir atəşi hakim edər ki, Qiyamətə qədər onu yandırar”. 5. Behişt onun üçün haram olar. İmam Baqir (ə) buyurur: “Behişt, söz gəzdirənlərə haramdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|