Qəzəbi yatızdırmaq üçün nə edək?
Mьəllif: admin1
Tarix: 29-09-2020, 12:01
Qəzəbi yatızdırmaq üçün nə edək?
Qəzəb – o rəzil əməllərdəndir ki, insanı həlak edər, dinini məhv edər. Həm Allahın narazılığına səbəb olar, həm də insanların.

Bəs nə edək ki, bu rəzil sifət bizdən uzaq olsun?

1. Məclisi tərk etmək. İnsan əsəbiləşdiyi məclisi tərk edərək, öz qəzəbini kontrol edə bilər. Həmçinin əgər ayaq üstə olarsa, əyləşsin.

Əgər əyləşibdirsə, ayağa qalxsın. Cismi vəziyyətini dəyişərək, qəzəbinin azalmasına səbəb ola bilər.

2. Mütəxəssisə müraciət etmək. Əgər insan qəzəbini kontrol edə bilmirsə, o zaman mütəxəssisə müraciət etməyi məsləhətdir. İstər əxlaqi alim olsun, istərsə də psixoloq.

3. Allahı zikr etmək. İnsan əsəbiləşən zaman Allahın zikri ilə məşğul olarsa, bu əməl ona yardım edər ki, qəzəbinə qalib gəlsin.

4. Torpaqda uzanmaq. Hədislərimiz buyurur ki, qəzəblənən zaman özünüzü torpağa yapışdırın. Misal üçün ağaca yapışın, ya daşın üzərində əyləşin, ya torpağa uzanın.

5. Sileyi-rəhm. Əgər qəzəbləndiyiniz insan qohumdursa, o zaman onun evinə gedin və ona yaxın olmağa çalışın. Bu zaman ruhunuz aramlıq tapacaqdır.

6. Dəstəmaz almaq. Hədislərimiz məsləhət görür ki, qəzəblənən zaman dəstəmaz alaq. Çünki qəzəb – atəşdəndir və atəşi su söndürə bilir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031