Heyvanlar behiştə daxil olacaqlarmı?
Mьəllif: admin1
Tarix: 30-09-2020, 20:31
Heyvanlar behiştə daxil olacaqlarmı?
Təfsirçilərin nəzərinə görə, Allah Təala Qiyamət günü insanları və cinləri məhşur etdyi kimi, heyvanları da məhşur edəcəkdir.

Belə ki, Qurani-Kərimin bu ayəsində oxuyuruq: “Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar.

Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar”. (“Ənam” 38).

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Qurbanlıq heyvanlara yaxşılıq və ehsan edin, çünki onlar – sizin Siratdan keçmək vasitənizdir”.

Həzrət Rəsuli-Əkrəmdən (s) gələn hədisdə oxuyuruq: “Allah bütün bu canlıları Qiyamət günü dirildəcəkdir, bəzilərinin qisasını bəzilərindən alacaqdır. Hətta buynuzu olmayan heyvanın belə”.

Bəs hansı heyvanlar behiştə gedəcəklər?

İmam Sadiq (ə) buyurur: “Hər kim dəvə ilə üç dəfə həccə gedərsə, miniyi behiştlik olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Müharibə meydanının atları – behişt atları olacaqdır”.

Hədislərdə oxuyuruq ki, o kəs ki, Allah yolunda bir iş görər və bu işi görən zaman miniyi olan heyvan – behişt heyvanı olacaqdır.

Beləliklə, deyə bilərik ki, heyvanlar da Qiyamət günü insanlar kimi hesaba çəkiləcəklər. Onlar da behiştə gedəcəklər.

Behiştə gedən heyvanlar adətən o heyvanlar olacaqdır ki, Allah yolunda cihadda iştirak ediblər, ya sahibini həccə aparmışdır və ya Allah yolunda hansısa işi görməkdə sahibinə yardım etmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031