Möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə aparan körpü
İmam Səccad (ə) belə buyurur:
لَمَّا اشتَدَّ الأَمرُ بِالحُسَينِ بنِ عَلِيِّ بنِ أبي طالِبٍ‘ نَظَرَ إلَيهِ مَن كانَ مَعَهُ فَإِذا هُوَ بِخِلافِهِم؛ لِأَنَّهُم كُلَّمَا اشتَدَّ الأَمرُ تَغَيَّرَت ألوانُهُم وَارتَعَدَت فَرائِصُهُم ووَجَبَت قُلوبُهُم. وكانَ الحُسَينُ(ع) وبَعضُ مَن مَعَهُ مِن خَصائِصِهِ تُشرِقُ ألوانُهُم وتَهدَأُ جَوارِحُهُم وتَسكُنُ نُفوسُهُم، فَقالَ بَعضُهُم لِبَعضٍ: اُنظُروا، لا يُبالي بِالمَوتِ! فَقالَ لَهُمُ الحُسَينُ (ع): صَبرًا بَنِي الكِرامِ، فَمَا المَوتُ إلاّ قَنطَرَةٌ تَعبُرُ بِكُم عَنِ البُؤسِ والضَّرّاءِ إلَى الجِنانِ الواسِعَةِ والنَّعيمِ الدّائِمَةِ، فَأَيُّكُم يَكرَهُ أن يَنتَقِلَ مِن سِجنٍ إلى قَصرٍ؟! وما هُوَ لِأَعدائِكُم إلاّ كَمَن يَنتَقِلُ مِن قَصرٍ إلى سِجنٍ وعَذابٍ. إنَّ أبي حَدَّثَني عَن رَسولِ اللّهِ (ص) أنَّ الدُّنيا سِجنُ المُؤمِنِ وجَنَّةُ الكافِرِ، والمَوتُ جِسرُ هؤُلاءِ إلى جَنّاتِهِم وجِسرُ هؤُلاءِ إلى جَحيمِهِم، ما كَذَبتُ ولا كُذِبتُ. “(Kərbəlada) İmam Hüseynin (ə) işi çətinləşdikdə, yanındakılar o Həzrətə baxıb onu özlərindən fərqli gördülər; belə ki, döyüş şiddətləndikcə, Həzrətin rəngi nurlanır, bəzi səhabələrinin isə rəngi solur, təşvişə düşürdülər. Vəziyyət çətinləşdikcə, onların rəngi dəyişilir, bədənləri lərzəyə düşür və ürəkləri titrəyirdi. Amma İmam Hüseyn (ə) və bəzi yaxınlarının rəngi daha da parlayır, qəlb və candan aram idilər. Onlar bir-birinə deyirdilər: “Baxın, o, ölümdən əsla qorxmur!” Bir zaman Hüseyn (ə) onlara buyurdu: “Ey igid oğullar, səbirli olun! Ölüm sizi yoxsulluq və çətinliklərdən geniş cənnətlərə, əbədi nemətlərə ötürən körpüdən başqa bir şey deyildir. Sizdən hansı biriniz zindandan qəsrə getməyi istəməz?! Amma ölüm düşmənləriniz üçün qəsrdən zindan və işgəncəyə yollanmaqdan başqa bir şey deyildir. Atam, Peyğəmbəri-Əkrəmdən (s) belə nəql etmişdir: “Dünya möminə zindan, kafirə isə cənnətdir. Ölüm isə onları (möminləri) cənnətə, bunları (kafirləri) isə cəhənnəmə aparan bir körpüdür.” Nə mən yalan deyirəm, nə də mənə yalan deyilmişdir.” (“Məanil-əxbar”, səh.288, hədis 3.) Maide.az Oxşar xəbərlər
|