“Axirətdə bir neçə əməlimə ümid edirəm. Onlardan biri də uşaq kimi rəftar etməyimdir…” – böyük alim
Əllamə Cəfəri nəql edir: “Bir gün fəlsəfə oxuyan bir tələbə mənim yanıma gəldi və məndən bir neçə sual soruşmaq istəyirdi. Mənim verdiyim cavabları eşidən zaman, sanki susuz insan kimi sirab olurdu.
Məndən xahiş etdi ki, ona dərs verim. Mən də onun necə bir insan olduğunu başa düşdüyüm üçün qəbul etdim. Qərara gəldik ki, filan kitabı mənim yanımda oxusun. Bir müddət sonra gördüm ki, mənə valeh olmuşdur. Onun nəzərində çox əzəmətli bir insan olmuşdum. Hər nə qədər çalışdım ki, ondakı bu halı dəyişdirəm, ancaq bacarmadım. Bilirdim ki, onun bu halı fikirlərinə ziyan vuracaqdı. Qərara gəldim ki, təlim fürsətini fikirlərinə qurban verim. Onunla dərsim olan günü uşaqlarımdan birinin velosipedini götürdüm və həyətdə sürməyə başladım və uşaq kimi hərəkətlər etdim. Gördüm ki, gəlmişdir və təəccüblə məni izləməkdədir. Mənə bir söz demədi və çıxıb getdi. Ondan sonra bir daha gəlmədi. Axirətdə bir neçə əməlimə ümid edirəm. Onlardan biri də o zaman bu cür uşaq kimi rəftar etməyimdir”. Beləliklə, böyük alim tələbəsinin şəxsiyyətə pərəstiş xətasını aradan aparmaq üçün, ixlaslı bir tərzdə onun təəccübünə səbəb olan hərəkət etdi və çaşmasına imkan vermədi. /Deyerler.org/ Oxşar xəbərlər
|