İnsanlar niyə bəzən namazı tərk edirlər?
Bəzi insanları namazı tərk etmək kimi böyük günaha sürükləyən nədir?
Namazı tərk etməyə adətən iki mühüm amil təsir qoyur: tanıma amili və daxili amil. Tanıma amil, insanın bir mövzunu necə dərk etməsinə aid edilir. Daxili amillər isə insanın hissləri, meyilləri və istəkləridir ki, insanda hansısa işi görməyə həvəs yaradır və ya əksinə – bunlardan uzaq edir. Bu amillər olmadan insan bir iş görə bilməz. Misal üçün, insan yaxşı bilir ki, hansısa yemək onun sağlamlığı üçün faydalıdır. Ancaq əgər iştahası yoxdursa, həmin yeməyi yeməyəcəkdir. Və yaxud, hansısa yemək əgər ziyanlıdırsa, amma insanın ona daxili əlaqəsi varsa, onu yeməyə üstünlük verəcəkdir. Ona görə də namazı tərk edən insanın ilk olaraq bu 2 amilini yoxlamaq lazımdır ki, hansı amil onun namazı tərk etməsinə gətirib çıxartmışdır? Niyə namaza görə bu qədər səhlənkarlıq edir? Namazı nə qədər tanıyır? Və bu mövzulardan agahlığı vardırmı: - Namazın ali bir ibadət olmasından. - Namaz Qiyamət günü soruşulacaq ilk əməl olacaqdır. - Namazın bərəkətlərini tanıyırmı? - Namazı tərk etməyin pis nəticələrindən agahdırmı? Ömrün azalmasına, ruzisinin azalmasına, yaxşı əməllərinin dəyərinin itməsinə, zillətli ölümə... səbəb olar. - Namazı bilərəkdən tərk etmək insanı kafir edər. Bunlar tanıma amilləri idi. İndi isə namazı tərk etməyə səbəb olan daxili amillərə nəzər salaq: - Qəflət və təkəbbür. - İradə zəifliyi. - Ailəsi tərəfindən tərbiyə olunmaması. - Namazı tərk edən mənfi nümunəyə malik olması. - Əql sahibləri ilə ilə əqidə müxalifliyi. Bəzən insanı nəyəsə məcbur etmək onda ikrah hissi yaradar. Misal üçün, atanın övladı namaza məcbur etməsi və buna görə çoxlu israr etməsi uşaqda həmin əmələ qarşı nifrət hissi yaradar. O da atası ilə müxalifətlik etmək üçün namazı tərk edər. Bununla yanaşı, namazı tərk etməyə səbəb olan başqa amillər də mövcuddur. O cümlədən: 1. Günah. İnsan əgər günaha qərq olarsa onda namaza meyil hissi azalar. 2. Fasid dostların olması. Namaz qılmayan dostlar insanı namazdan saxlaya bilirlər. 3. Çox iş gördüyü üçün cismi taqətinin olmaması və yorğun olması. Hər bir halda, namazı tərk edən insana kömək etmək və tezliklə namazı bərpa etməsinə nail olmaq lazımdır. /Deyerler.org/ Oxşar xəbərlər
|