Brahman hinduslarının ruhani lideri: “İmam Hüseyn (ə) bütün dinlərə aiddir”
Brahman hinduslarının ruhani lideri Şri Açaria Pramod Krişnam İmam Hüseyn (ə) sevgisinin sərhədlərlə məhdudlaşdırıla bilməyəcəyini və İmam Hüseyn (ə) yalnız bir dinə deyil, bütün dinlərə aid olduğunu vurğulayıb.
Deyerler.org Razavi-yə istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının elmi və mədəni qurumu və qurumun İslami təhsil fondu ilə 12 İmam (ə) Müəllimlər Beynəlxalq Federasiyası birgə təşkil etdiyi “Ərbain gözəllikləri dinlərin gözü ilə” adlı seminarda çıxış edən Şri Açaria Pramod Krişnam, dünyada heç bir şeyin qalıcı və əbədi olmadığını qeyd edərək, bunları söyləyib: “Bu günə qədər bu dünyada heç vaxt dəyişməyən şey, İmam Hüseynin (ə) sevgisi və hörmətidir, çünki o həzrət böyük bir həqiqətdir və həqiqət heç vaxt dəyişmir”. İmam Hüseynin (ə) bir həqiqət olduğunu və həqiqət olaraq da qalacağını qeyd edən Krişnam, belə davam edib: “Həqiqət yolu İmam Hüseynin (ə) şəhadəti ilə aydınlandı və həqiqət işığının heç vaxt sönməməsini təmin etdi”. Hinduların mənəvi lideri Krişnam, İmam Hüseyni (ə) tanımağın dil, İraq və dinlə məhdudlaşmadığını və bütün insanların qəlbində olduğunu söyləyib: “Min bir hindu məzhəbinin üzvüyəm. İraq ya da digər müsəlman ölkələri ilə əlaqəli deyiləm, amma İmam Hüseyni (ə) sevirəm”. Dinin təməlinin sevgi olduğunu və bu sevginin bütün xüsusiyyətlərinin İmam Hüseyndə (ə) təcəlli tapdığını qeyd edən Krişnam, İmam Hüseynin (ə) eşq, mərifət və fəzilət mənbəyi olduğunu bildirib: “Müstəzəf insanlara kömək və xidmət etmək, sevgi və inam dinin bir hissəsidir və bütün dinlərdə vurğulanır. İmam Hüseyn (ə) öz dininin dirçəldilməsi üçün müharibədə və bu uğurda meydanın qalib tərəfi idi və elə bu müharibədə də əbədiləşdi. Kərbəla meydanı insanlıq üçün dərslərlə doludur”. Oxşar xəbərlər
|