Niyə İmam Səccad (ə) onu tanımayanlarla səfərə çıxırdı?
İmam Baqir (ə) nəql edir: “Atam adətən o kəslər ilə səfərə çıxırdı ki, onu tanımırdılar. Karvan başçısı ilə şərt kəsirdi ki, orada olanlara xidmət edəcəkdir. Səfər zamanı müsafirlərə xidmətlə məşğul olardı.
Bu zaman müsafirlərdən biri onu tanıyır və insanlara deyir ki, “Heç bilirsinizmi ki, bu insan kimdir? Bu, Əli ibn Hüseyndir (ə)!” Müsafirlər atamı dövrəyə alırlar və deyirlər: “Ey Allah Rəsulunun (s) övladı! Məgər bizim cəhənnəmlik olmağımızı istəyirsən? Əgər Allah eləməmiş, biz sizə ədəbsizlik etsəydik, bədbəxt olardıq. Nə səbəb olmuşdur ki, siz belə edirsiniz?”. Həzrət (ə) buyurur: “O zaman ki, mən tanışlarımla səfərə çıxıram, onlar Peyğəmbərin (s) ehtiramına görə mənə həddən artıq xidmət edirlər. Sizlərin də məbada belə etmək qorxusundan, sizinlə tanınmamış halda yoldaş olmuşam”. Allah Təala bizlərə qismət etsin ki, Məsum İmamlara (ə) bənzəyək. /Deyerler.org/ Oxşar xəbərlər
|