Gizli şirk nədir?
Allah Təala Quranda buyurur: “Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər”. (“Yusif” 106).
İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “İnsan deyir ki, “Filankəs olmasaydı, mən məhv olardım. Əgər filankəs olmasaydı, bu cür və o cür olardım. Əgər filankəs olmasaydı, ailəm məhv olardı”. Məgər görmürsən ki, o, bu sözləri ilə Allahın mülkündə Onun üçün şərik qoşur ki, ona ruzi verir, onu müdafiə edir və giriftarlıqlarını dəf edir?!”. Həzrət İmam Cəfər Sadiq (ə) bu ayə haqqında başqa yerdə buyurur: “Bilməyərəkdən şeytanın ardıcılı olur və bu yolla müşrik olur”. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Şirkdən uzaq olun ki, o qarışqanın hərəkətindən də hiss olunmazdır. Deyin: “Allahım! Agah şirkdən Sənə pənah aparıram. Agah olmayan şirkə görə Səndən bağışlanma istəyirəm””. İmam Sadiq (ə) buyurur ki, gizli şirk qarışqanın qara xalı üzərində gecə vaxtı gəzməsi qədər gizli bir əməldir. Onu hiss etmək çox çətindir. Ancaq sahibini müşrik etməyə kifayət edər. Ona görə də Allahdan gizli şirkə görə bağışlanma istəyək və Allaha pənah aparaq ki, bizi həm gizli və həm də aşkar şirkdən qorusun. /Deyerler.org/ Oxşar xəbərlər
|