Bu keyfiyyət insana bərəkət gətirər, izzət verər, səadətə aparar
Mьəllif: admin1
Tarix: 12-10-2020, 20:38
Bu keyfiyyət insana bərəkət gətirər, izzət verər, səadətə aparar
Təqva – insanı günahdan saxlayan bir daxili halətdir ki, onu günahdan saxlayar və vacibləri həyata keçirməyə sövq edər. Təqva elə bir sifətdir ki, hər kimdə olarsa, o, kamala doğru hərəkət edər.

Təqvalı insan o kəsdir ki, fikirləri, danışıqları və əməlləri ağıl və din üzərindən tənzimlənmiş olar.

Təqvanın gətirdiyi bərəkətlər ilə tanış olaq:

1. İnsan kəramətinin meyarıdır. Təqvanın dərəcəsinin İlahi qürb məqamı ilə birbaşa əlaqəsi vardır. İnsan hər nə qədər təqvalı olarsa, Allaha daha yaxın və dəyəri daha çox olar.

Qurani-Kərim buyurur: “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13).

2. Əməllərin qəbul olmaq meyarıdır. Allah dərgahında iki şey əməllərin qəbul olmaq meyarıdır. Biri ixlasdır, biri isə təqvadır.

Əgər bu iki iksir hansısa əməllə bir yerdə olarsa, onu qəbul dərəcəsinə çatdırar. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).

3. Səadətə aparan yoldur. İslam dininin nəzərinə görə, hər kim səadətə çatmaq istəyirsə, ən yaxşı minik – təqvadır.

“Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır”. (“Bəqərə” 194).

4. Möminə izzət və başıucalıq bağışlayar.

5. İqtisadi çətinlikləri həll edər.

6. Şeytani vəsvəsələr qarşısında maneələr yaradar.

7. Səma bərəkətlərini nazil edər.

8. Haqla batini ayırmaq üçün bəsirət əta edər.

9. Günahların bağışlanmasına səbəb olar.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031