İnsan ixlası necə əldə edə bilər?
İxlas – əməli Allahdan qeyrisindən təmizləmək və pak etməkdir. Əməli yerinə yetirən zaman niyyət ancaq Allah olmalıdır.
Bəs insan əməldə ixlası necə əldə edə bilər? 1. Allahdan qeyrisindən tamahı çəkmək. İmam Baqir (ə) buyurur: “Bəndə həqiqi pərəstiş edən olmaz, məgər o halda ki, bütün məxluqlardan qırılar və Ona qovuşar. O zaman Allah buyurar: “Bu xalis əməl Mənim üçündür və kərəminə görə onu qəbul edirəm””. 2. Elmi və yəqini artırmaq. İmam Əli (ə) buyurur: “Əməldə ixlas – elmin səmərəsi və meyvəsidir”. Həzrət Əli (ə) buyurur: “Əməldə ixlas – yəqinin qüvvətli olmasına görədir”. 3. Arzuları azaltmaq. İmam Əli (ə) buyurur: “Arzuları azalt ki, əməlin xalis olacaqdır”. 4. Günahdan və həvayi-nəfsdən uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Haram işlərdən uzaq olmaq – ixlasın kamalıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|