Təvazökarlığın insana verdiyi bəhrələr
Təvazökarlıq odur ki, insan özünü başqalarından üstün bilməsin və digər insanlara dəyər versin.
Təvazökarlığın əks mənası təkəbbürdür. Təvazökarlığın insan həyatına təsirləri çoxdur. O cümlədən: 1. Başıucalıq mənbəyidir. Həzrət Peyğəmbər (s) buyurur: “Təvazökarlıq bəndənin başıucalığını artırar. Ona görə də təvazökarlıq edin ki, Allah sizə rəhmət etsin”. 2. Tərəqqi üçün pilləkəndir. İmam Əli (ə) buyurur: “Təvazökarlıq – şərafət və böyüklük pilləkənidir”. 3. Nəzmə səbəb olar. İmam Əli (ə) buyurur: “Təvazökarlıq ilə işlər nizamlı olar”. 4. Məhəbbət gətirəndir. İmam Əli (ə) buyurur: “Təvazökarlığın meyvəsi – mehribanlıqdır”. Təvazökarlıq o fəzilətli sifətlərdəndir ki, həyatda insanı müvəffəq edər və insanların sevimlisi olar. Allah da bu cür bəndəsini sevər və ona nemətlər əta edər. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|