Namazda gözü yummaq olarmı?
Mьəllif: admin1
Tarix: 14-10-2020, 12:28
Namazda gözü yummaq olarmı?
Allah dərgahında namazın qəbul olmasının şərtlərindən ən mühümü – qəlb hüzurudur. Namaz qılan şəxs gərək elə etsin ki, namazda qəlb hüzuruna malik olsun və xəyalı başqa yerlərə uçmasın.

İnsanın qəlb hüzurunu əldən verməsinin səbəblərindən biri də odur ki, zahiri amillər ona mane olar. Misal üçün, eşitdiyi səslər və gördüyü mənzərələr kimi.

Ona görə də alimlərimiz məsləhət görür ki, namazı elə yerdə qılsınlar ki, səs ora az gələr və heç bir mənzərə olmaz ki, onun fikrini dağıtsın.

Namaz vaxtı möhürə baxmaq – müstəhəb əməllərdəndir. Ancaq əgər namaz qılan qəlb hüzuru əldə etmək niyyətilə gözünü yumarsa, bunun eybi olmaz.

Baxmayaraq ki, namaz zamanı gözü yummaq məkruhdur. Ancaq əgər qəlb hüzuru əldə etmək üçün olarsa, caiz hesab olunur.

Əlbəttə yaxşı olar ki, namaz qılan insan möhürə baxaraq, qəlb hüzuruna malik olsun. Şəhid Sani bu haqda yazır:

“Əlbəttə yaxşı olar ki, insan fikirlərinin uçmasının qarşısını gözü açıq vaxtı ala bilərsə, göz yummağı seçməsin.

Öz fikirlərinə nəzarət etsin. Namazı gözü açıq halda qılsın. Gözünü möhürə diksin. Ətrafına baxmaqdan çəkinsin.

Ancaq o zaman gözünü yuma bilər ki, çarəsiz qalar. Baxmayaraq ki, möhürə baxmaq müstəhəb əməldir, ancaq əgər qəlb hüzuru əldə etməyə mane olursa, o zaman göz yummağın əhəmiyyəti daha çox olar. Bu halda çarəsiz qaldığı üçün gözünü bağlaya bilər”.

Beləliklə deyə bilərik ki, namazda gözü bağlamaq məkruh əməl olduğu üçün, onu etmək məsləhət deyildir. Ancaq əgər qəlb hüzuru əldə etmək niyyətilə olarsa və insan çarəsiz qalarsa, o zaman gözü bağlamaq caiz hesab olunur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031