Həqiqi imanın nişanəsi nədir?
Bəzən evdə pərdələri divara yapışqan ilə yapışdırırlar. Ancaq o zaman ki, hava isinər, bu yapışqan yumşalar və pərdə divardan qopar.
İnsanın imanı da o cürdür. Əgər iman süst və zəif olarsa, bais olar ki, insan həm namaz qılsın və həm də günah etsin. İmanın bəzisi müsbət və bəzisi mənfidir. Müsbət iman odur ki, təfəkkür sayəsində ayaqda dayansın. Qurani-Kərimdə buyurulur: “O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 191). Ancaq mənfi iman o imandır ki, bir kababla, bir hədiyyə ilə, bir vədə ilə o tərəf və bu tərəfə getsin. O kəslər ki, Kərbəlada toplaşıb, İmamı (ə) mühasirəyə aldılar – onların imanı mənfi idi. Əks halda heç kəs Rey şəhərinə hakim olmaq üçün İmamı Hüseyni (ə) öldürməzdi. Əgər insanın imanı həqiqi olarsa, bir külək ilə imanı aradan getməz. Ona görə də deyə bilərik ki, həqiqi iman – o imandır ki, təfəkkürlə bir yerdə olar. “Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz, (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır»”. (“Hucurat” 14). Quranın nəzərinə görə, əgər saleh əməl imanla bir yerdə olarsa, insanı kamala çatdıra bilər. Bu zaman insanın imanı həqiqi iman olar. İman davamlı və möhkəm olar. İman, saleh əməl sayəsində təravət əldə edər. Bu cür deyildir ki, insanın imanı olsun, ancaq sələm də yesin. Bu, təbii ki, həqiqi iman deyildir. Beləliklə deyə bilərik ki, həqiqi imanın nişanəsi – təfəkkür və saleh əməllə bir yerdə olmasıdır. Əgər iman təfəkkür sayəsində ayaqda qalarsa, möhkəm olar. Əgər saleh əməllə bir yerdə olarsa, insanı kamala çatdırar. Belə bir iman – həqiqi imandır. /Deyerler.org/ Oxşar xəbərlər
|