İfratın hansı növləri olur?
Mьəllif: admin1
Tarix: 19-10-2020, 21:41
İfratın hansı növləri olur?
İlahi peyğəmbərlərin (ə) və Məsum İmamların (ə) ən çox nigaran olduqları mövzulardan biri – insanların mötədil haldan çıxıb, ifrat etməsidir.

İfrat insanı haqq yolundan azdırar, uçurumun ağzına gətirər, insanı həlak edər.

İfrat – etidal həddini aşmağa deyilir. İfratın əks mənası – təfritdir. Dinimiz hər ikisini də bəyənmir. Çünki onların hər ikisi də insan üçün ziyanlı nəticələr gətirir.

Bəs ifratın kökləri nədədir?

İki amil insanın ifrat etməsinə gətirib çıxardar:

1. İnsanın əməl haqqında lazımlı məlumatının olmaması.

2. Əməli etməzdən əvvəl təfəkkür etmək gücünə malik olmamaq.

İfrat insan həyatına məhvedici təsirlər qoyar ki, zaman keçdikcə insan bunu daha aydın hiss edər. Bu zaman sağlam və hüzurlu həyata son qoyular.

İnsanın ifrat etməsi onun bütün əməllərinə mənfi təsir qoyar.

Dostluqda ifrat etmək.

İnsan gərək dostluqda ifrat etməsin. İnsan bütün sirlərini qarşı tərəfə verməməlidir. Çünki, bu dostluğun davamlı olmasına heç kəs zəmanət verə bilməz.

Məhəbbət və düşmənçilikdə ifrat etmək.

İnsanlara həddən artıq məhəbbət göstərmək ardınca ziyanlar gətirə bilər. Bu, hətta müqəddəs insanlara bəslənən məhəbbətə də aiddir.

Misal üçün, bəzi insanlar Əhli-Beyti (ə) sevməkdə həddi aşırlar və iş o yerə gəlib çatır ki, onları artıq fövqəladə səviyyəyə qaldıraraq, ilahiləşdirirlər.

Bir dəstə məlun isə əksinə – Məsumlarla (ə) elə düşmənçilk edirlər ki, onları yaşamağa belə layiqli bilmirlər.

Dünya işlərində ifrat etmək.

Bəzi insanlar dünyaya o qədər bağlıdırlar ki, sanki bura onların əbədi məkanıdır. Ona görə də axirəti tamamilə unudurlar.

İnfaqda ifrat etmək.

İnsanın başqalarına infaq etməsi – bəyənilən əməllərdəndir. Ancaq bu mövzuda həddi aşmağı dinimiz bəyənmir. Dinimiz buyurur ki, nə simiclik edin, nə də ifrat edin. Hər ikisi sizi ziyankarlardan edər.

Zarafatda ifrat.

Yersiz zarafatlar insanın dəyərini öldürər. Hər kim zarafatda həddi aşarsa, hörməti əldən verər, münasibətləri zədələyər.

Hər bir halda deyə bilərik ki, dinimiz hər bir əməldə etidalı sevir və ifratdan və təfritdən çəkindirir. Çünki ifrat və təfrit insana ancaq ziyan vurur və imanını zəiflədir.

Ona görə də insan əgər kamala çatmaq istəyirsə, gərək bu iki amildən uzaq olsun və etidala əməl etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031