Siratül-müstəqim nədir?
Mьəllif: admin1
Tarix: 21-10-2020, 10:12
Siratül-müstəqim nədir?
Biz hər gün ən azı 10 dəfə Uca Allahdan istəyirik ki, bizi siratül-müstəqimə tərəf hidayət etsin. Bəs siratül-müstəqim nədir?

Siratül-müstəqim – o yoldur ki, bizi birbaşa Allaha çatdırar və bu yol çox məşəqqətli və çətin yoldur. Bu yol – İlahi qürbə çatmaq yoludur. Bu yol – bəndəlik yoludur.

Bu yol – kamala çatmaq yoludur. Şeytan insanı məhz bu yolda gözləyər və yolundan azdırmağa çalışar. Ona görə şeytan (lən) deyir:

“Mən siratül-müstəqimə gəlib əyləşərəm.

Mən namazda sorağına gələrəm.

Quran oxuyan zaman sorağına gələrəm.

Əzadarlıq zamanı sorağına gələrəm.

Mən dindar insanları məhz siratül-müstəqim yolundan azdırmağa çalışaram”.

Müqəddəs Quran buyurur ki, ən ziyan görmüş insanlar – o kəslərdir ki, bir ömür yanlış yolu getmiş və yanlış əməllər yerinə yetirmişdilər.

Ancaq hesab etmişdilər ki, düz yoldadırlar və düz əməllər yerinə yetirirlər. “(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?».

Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104).

Allah Təala insanların hidayətçisidir. Ona görə də insanı öz başına buraxmamışdır. Ona tərəf hidayətşçilər göndərmişdir ki, sirat yolunu tanıtsınlar. Bütün peyğəmbərlər (ə), vəsilər (ə), vəhylər məhz insanı sirat yoluna yönləndirmək üçün göndərilmişdilər.

Uca Allah insanlara bəhanə üçün yol qoymamışdır. O, əgər deyirsə ki, mən insanları Peyğəmbər (s) vasitəsilə hidayət edirəm, insan deyə bilməz ki, mən başqa yolla hidayət olacağam.

Əgər deyirsə ki, sizin gündəlik dualarınız bu olmalıdır ki, Allahdan sirat yoluna hidayət olmağı istəyəsiniz – insan ona əməl etməlidir.

Çünki Həzrət Peyğəmbər (s) buyurur: “Siratül-müstəqim – mənəm, məndən sonra Əli (ə), övladlarıdırlar”. Hər kəs güman etsə ki, başqa bir yolla siratda hərəkət edə biləcəkdir – səhv edir və aldanmışdır.

İnsanı siratül-müstəqim yoluna hidayət edən şey – əməl və imandır. İnsan məhz imanı və əməli sayəsində təkamül edər və kamala çatar. İmanı və əməli onu siratül-müstəqim yoluna hidayət edər.

İman və əməlin həqiqi simasını isə bizə Quran və sünnət tanıtmışdır. Ona görə də əgər siratül-müstəqim yolunda irəli getmək və kamala çatmaq istəyiriksə, Qurandan və sünnətdən möhkəm yapışaq.

Onların buyurduğuna əsasən əməllər yerinə yetirək. Haramlardan çəkinək və vacibatlara üz çevirək.

Ancaq bu halda siratül- müstəqim yolunda irəliləyər və İlahi qürb məqamına çata bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031