Cəhənnəm odunun dəryalarını söndürən əməl
Həbbə Ürəni belə nəql edir:
بَينا أنَا ونَوفٌ نائِمَينِ في رُحبَةِ القَصرِ إذ نَحنُ بِأَميرِ المُؤمِنينَ (ع) في بَقِيَّةٍ مِنَ اللَّيلِ واضِعًا يَدَهُ عَلَى الحائِطِ شِبهَ الوالِهِ، وهُوَ يَقولُ: «إنَّ في خَلقِ السمَّاواتِ والأَرضِ...». قالَ: ثُمَّ جَعَلَ يَقرَأُ هذِهِ الآياتِ ويَمُرُّ شِبهَ الطائِرِ عَقلُهُ، فَقالَ: أراقِدٌ يا حَبَّةُ أم رامِقٌ؟ قُلتُ: رامِقٌ، هذا أنتَ تَعمَلُ هذَا العَمَلَ فَكَيفَ نَحنُ؟! قالَ: فَأَرخى عَينَيهِ فَبَكى، ثُمَّ قالَ لي: يا حَبَّةُ، إنَّ للّهِ مَوقِفًا، ولَنا بَينَ يَدَيهِ مَوقِفٌ لا يَخفى عَلَيهِ شَيءٌ مِن أعمالِنا. يا حَبَّةُ، إنَّ اللّهَ أقرَبُ إلَيكَ وإلَيَّ مِن حَبلِ الوَريدِ. يا حَبَّةُ، إنَّهُ لَن يَحجُبَني ولا إيّاكَ عَنِ اللّه شَيءٌ. ثُمَّ قالَ: أراقِدٌ أنتَ يا نَوفُ؟ قالَ: لا يا أميرَ المُؤمِنينَ، ما أنَا بِراقدٍ ولَقَد أطَلتُ بُكائي هذِهِ اللَّيلَةَ، فَقالَ: يا نَوفُ، إن طالَ بُكاؤُكَ في هذَا اللَّيلِ مَخافَةً مِنَ اللّهِ عَزَّوجَلَّ قَرَّت عَيناكَ غَدًا بَينَ يَدَيِ اللّهِ عَزَّوجَلَّ. يا نَوفُ، إنَّهُ لَيسَ مِن قَطرَةٍ قَطَرَت مِن عَينِ رَجُلٍ مِن خَشيَةِ اللّهِ إلاّ أطفَأَت بِحارًا مِنَالنّيرانِ. يا نَوفُ، إنَّهُ لَيسَ مِن رَجُلٍ أعظَمَ مَنزِلَةً عِندَ اللّهِ مِن رَجُلٍ بَكى مِن خَشيَةِ اللّهِ وأحَبَّ فِي اللّهِ وأبغَضَ فِي اللّهِ. يا نَوفُ، مَن أحَبَّ فِي اللّهِ لَم يَستَأثِر عَلى مَحَبَّتِهِ، ومَن أبغَضَ فيِ اللّهِ لَم يُنِل مُبغِضيهِ خَيراً، عِندَ ذلِكَ استَكمَلتُم حَقائِقَ الإِيمانِ ـ ثُمَّ وَعَظَهُما وذَكَّرَهُما، وقالَ في أواخِرِهِ: ـ فَكونوا مِنَ اللّهِ عَلى حَذَرٍ، فَقَد أنذَرتُكُما. ثُمَّ جَعَلَ يَمُرُّ وهُوَ يَقولُ: لَيتَ شِعري في غَفَلاتي أمُعرِضٌ أنتَ عَنّي أم ناظِرٌ إلَيَّ؟ ! ولَيتَ شِعري في طولِ مَنامي وقِلَّةِ شُكري في نِعَمِكَ عَلَيَّ ما حالي؟ قالَ: فَوَاللّهِ ما زالَ في هذَا الحالِ حَتّى طَلَعَ الفَجرُ. “Mən və Novf xilafət sarayının həyətində yatdığımız zamanlar bir dəfə gecə yarısı gördük ki, Əmirəlmöminin Əli vurğunlar kimi əlini divara qoyub belə deyir: “Həqiqətən, göylərin və yerin yaradılışında....” (“Ali-İmran” / 190.) Həzrət bu ayələri zümzümə edərək, sanki ağlı başından çıxan kəs kimi həyətdə dolanırdı. Bir zaman buyurdu: “Ey Həbbə, yatıbsan, yoxsa oyaqsan?” Mən dedim: “Oyağam! Əgər siz belə edirsinizsə, onda biz nə etməliyik?” Həzrət gözlərini yumaraq ağlayıb buyurdu: “Ey Həbbə, həqiqətən, Allahın Öz uca məqamı, bizim də Onun müqabilində yerimiz vardır ki, əməllərimizdən azacıq belə xəbərsiz deyildir. Ey Həbbə, Allah mənə və sənə şah damarımızdan da yaxındır. Ey Həbbə, heç bir şey bizi Allahın nəzərindən gizlədə bilməz.” Sonra buyurdu: “Ey Novf, yatıbsanmı?” Dedi: “Xeyr, ey Əmirəlmöminin! Yatmamış və bu gecə çoxlu ağlamışam.” Həzrət buyurdu: “Ey Novf, əgər bu gecə Allah-Taalanın qorxusundan ağlamısansa, sabah gözlərin Onun müqabilində işıqlanacaqdır. Ey Novf, Allah qorxusundan gözdən axan elə bir damla yoxdur ki, Cəhənnəm odunun dəryalarını söndürməsin. Ey Novf, Allah dərgahında Allahın qorxusundan ağlayan, Ona görə sevən və Ona görə kin bəsləyən kəsin məqamı kimi heç kəsin məqamı yoxdur. Ey Novf, yalnız Allaha məhəbbət bəsləyib, heç nəyi Onun məhəbbətindən üstün tutmayan, (eləcə də) Ona görə kin saxlayıb düşmənlərini naümid edən kəsin imanı həqiqi mənada kamil hesab edilir.” Sonra Həzrət onlara öyüd-nəsihət verərək buyurdu: “Siz də Allahdan qorxun ki, öyüdlərimlə mən sizi xəbərdar etdim.” Daha sonra həyətdə dolanaraq öz-özünə deyirdi: “Kaş, qəflətdə olduğum zaman biləydim ki, məndən üzünü çevirmisən, yoxsa hələ də nəzərini əsirgəmisən? Kaş, uzun yuxularda batıb, yaxud nemətlərinin şükründən xəbərsiz qaldığım zaman hansı vəziyyətdə olduğumu biləydim!” Allaha and olsun ki, Həzrət dan yeri sökülənə qədər bu vəziyyətdə var-gəl edirdi. (“Fəlahus-sail”, səh.266..) Maide.az Oxşar xəbərlər
|