Ya sükut et, ya xeyir danış – nitqin İslami resepti
İmam Əli (ə) buyurur: “O kəsin ki, kəlamı çox olar – büdrəməsi də çox olar. O kəsin ki, büdrəməsi çox olar – həyası azalar.
O kəsin ki, həyası az olar – təqvası az olar. Hər kəsin təqvası az olarsa – qəlbi ölər. O kəsin ki, qəlbi ölər – cəhənnəmə düçar olar”. İmam Əli (ə) buyurur: “Dil, o vəhşidir ki, əgər boş buraxsan – parçalayar”. İmam Kazım (ə) buyurur: “Az danışmaq – böyük hikmətdir. Sükut edin ki, gözəl rahatlığa, yüngüllüyə və günahların azalmasına səbəb olar”. Həzrət Peyğəmbər (s) buyurur: “O şeyi ki, bilmirsən – demə, bəlkə bütün o şeyi ki, bilirsən – demə”. İmam Səccad (ə) buyurur: “Mömin sükut edər ki, sağlam qalsın. Söz deyər ki, fayda aparsın”. İmam Əli (ə) buyurur: “Dilinə pis söz gətirməkdən çəkin, çünki alçaq insanları sənin ətrafında toplayacaqdır. Ağır insanları səndən uzaqlaşdıracaqdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin Allaha və Qiyamət gününə imanı vardır – gərək xeyir söz desin, ya da sükut etsin”. Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, malının artığını infaq edər və dilini çox söz danışmaqdan saxlayar”. /Deyerler.org/ Oxşar xəbərlər
|