Maddi olmayan ruzilər hansıdır? Ruzini necə artırmaq olar?
Mьəllif: admin1
Tarix: 16-10-2023, 12:23
Maddi olmayan ruzilər hansıdır? Ruzini necə artırmaq olar?
Bilməliyik ki, ruzini yetirən Allahdır. Əlbəttə ki, biz bəndələr də əməllərimiz ilə ruzinin miqdarına təsir edə bilirik.

Ruzi mövzusunda iki məsələ mühüm məsələdir ki, ona diqqət etmək lazımdır:

1. Qəlb inancımız olmalıdır ki, ruzi Allahın əlindədir, hər kimin nəyi varsa – Allahdandır.

2. Ruzinin növləri vardır. Ancaq maddi şeylərə şamil edilmir. Maddi olmayan ruzilər də vardır.

Maddi olmayan ruzilər:

1. Allahın məhəbbətini qəlbində daşımaq. Bunu yəqin bilin ki, qəlbində Allahı sevmək - o ruzidir.

2. Yaxşı işlərə meyil etmək. Yaxşı işlərə meyil etmək – ruzidir. Bu zaman siz kiminsə qəlbini şad edirsiniz və ya işinin düyününü açırsınız, ya əlindən tutursunuz – bütün bu əməllər ruzidir.

3. Dost. Əgər elə dostunuz varsa ki, sizin tərəqqi etməyinizə yardım edir – bunun özü də ruzidir.

4. Müəllim. Hər kim sizin həyat tərzinizə müsbət təsirlər qoya bilirsə, o, sizin üçün müəllimdir və bu müəllimin olması – ruzidir.

Ruzinin artmasına səbəb olan əməllər:

1. Səy və çalışma. Səy və çalışmaq ruzinin cəlb olmasına səbəb olar. Səy və çalışmaq dedikdə, hədəfə çatmaq üçün həm cismi və həm də zehni çalışma nəzərdə tutulur. Ona görə də az hümmət göstərərək çox ruzi intizarında olmayın.

2. Ağıl və tədbir. İnsanın işində müvəffəq olmamasının səbəblərindən biri də həmin işi tədbirsiz və düşünmədən etməsidir. Bir işə başlamazdan əvvəl həmin işi ölçüb-biçmək lazımdır və onun haqqında düşünmək lazımdır. Tələsmək lazım deyildir.

3. Məsləhət etmək. Bir işə başlamazdan əvvəl, onun mütəxəssisləri ilə məsləhətləşmək insana çox məharətlər verər və həmin işin ziyan və zərərlərindən agah edər.

4. Hüsni-zənn. Həyatda müvəffəq insanlar – həmişə hüsni-zənn edən insanlardırlar. Əgər işinə qarşı bədgüman olsan, ondan yaxşı nəticə gözləmə.

5. Xoş əxlaq. Xoş əxlaqa malik olmaq – ruzinin cəlb olmasına gətirib çıxardar. Belə insan başqaları tərəfindən sevilər və ruzisi bol olar.

6. Doğruçuluq. Doğruçuluq – ruzinin açarıdır. Müştəri ilə doğru rəftar etmək və ona yalan deməmək – ruzinin artmasına səbəb olar.

7. Şükür etmək. Allaha verdiyi nemətlərinə görə şükür etmək – nemətin artmasına səbəb olar.

8. Başqalarının duasından faydalanmaq. Əgər bir işə başlamaq istəyirsinizsə, başqalarından sizin üçün dua etməsini istəyin. Uca Allah bu cür duaları qəbul edəndir.

9. Allahdan üzr istəmək. Bəzən günahlarımız ruzimizin azalmasına təsir edər. Ona görə də istiğfar edərək, Allahdan bağışlanma istəyək.

10. Dua etmək. Allaha dua edək ki, işimizdə bərəkət qərar versin və ruzimizi artırsın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031