Səfər zamanı bu surəni 3 dəfə oxuyan, salamat şəkildə geri qayıdar
“Əla” surəsi Müqəddəs Quranın 87-ci surəsidir ki, 19 ayəyə malikdir. Məkkədə nazil olmuşdur və “Təkvir” surəsindən sonra nazil olmuşdur.
İmam Sadiq (ə) bu surə barəsində buyurur: “Hər kim “Əla” surəsini vacib və ya müstəhəb namazlarında oxuyarsa, Qiyamət günü ona deyilər ki, behiştin hansı qapısından istəyirsənsə, daxil ol”. Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Bizə etiqadı olan davamçılarımızın öhdəsində olan vacib əməllərdən biri odur ki, cümə gecəsində “Cümə” və “Əla” surəsini tilavət etsinlər”. Həzrət Peyğəmbər (s) “Əla” surəsi barədə buyurur: “Hər kim bu surəni oxuyarsa, Allah İbrahimə (ə), Musaya (ə) və Muhəmmədə (s) nazil etdiyi hərflərin on bərabəri qədər həsənə əta edər”. Əbu Həmisə İmam Əlidən (ə) nəql edir: “20 gecə dalbadal onun arxasında namaz qıldım və o, ancaq “Əla” surəsini oxuyurdu. Buyurdu: “Əgər bilsəydiniz ki, bu surədə nələr vardır - hər biriniz gün ərzində bu surəni on dəfələrlə oxuyardınız. Hər kim bu surəni oxuyarsa ona bənzəyir ki, Musanın (ə) və İbrahimin (ə) səhifəsini oxumuşdur””. İmam Sadiq (ə) buyurur: “Hər kim səfər zamanı bu surəni 3 dəfə oxuyarsa, salamat şəkildə geri qayıdar”. İmam Sadiq (ə) buyurur: “Hər kim onu yazar və özü ilə gəzdirərsə, hafizəsi güclənər”. /Deyerler.org/ Oxşar xəbərlər
|