Duanın yerinə yetməsinə ümid bəsləyin!
Mьəllif: admin1
Tarix: 31-10-2020, 22:17
Duanın yerinə yetməsinə ümid bəsləyin!
“Ələvi Misri” duasında oxuyuruq:

“Allahım! Kim Səni çağırmışdır və Sən onun duasını yerinə yetirməmisən?

Kim Səndən bir şey istəmişdir və Sən ona əta etməmisən?

Kim Səninlə münacat etmişdir və onu naümid etmisən?

Kim özünü Sənə yaxın etmişdir və onu uzaqlaşdırmısan?”.

Nəql olunur ki, Muhəmməd ibni Əli Ələvi Hüseyni Misri mükaşifə aləmində Həzrət İmam Zamanın (ə.f) xidmətində olur və bu duanı ondan öyrənir. Onu oxumaqla məqsədinə çatır.

Həzrət (ə.f) bu dua vasitəsilə insana öyrədir ki, dua edən zaman onun yerinə yetməsindən ümidsiz olmaq lazım deyildir. Çünki Allah Onun dərgahına açılan əlləri heç bir zaman əliboş qaytarmamışdır. Heç bir duanı cavabsız qoymamışdır.

Burada ola bilsin ki, kimsə soruşsun ki, o qədər dualar vardır ki, yerinə yetməmişdir. O qədər insan Allaha üz tutub dualar etmişdir, ancaq onların hamısı yerinə yetməmişdir. Bəs bu hədisin məqsədi nədir?

Cavabında gərək deyək:

1. İnsanın bir çox şeydən kərahəti vardır, halbuki xeyri ondadır. Bir çox şeylərə meyil edir ki, əslində onun xeyirinə deyildir. Buna baxmayaraq, onu Allahdan istəyir.

Bu halda Allah bəndəsinin duasını zahirdə yerinə yetirmir. Amma bunun əvəzində ona başqa nemətlər əta edir və günahlarını bağışlayır.

2. Duanın yerinə yetməsinin şərtləri vardır və gərək qarşısında maneələr olmasın. Həmçinin dua etməyin ədəb qaydaları vardır. Hər kim onlara riayət etməzsə, duası yerinə yetməz. Onun ilk şərti – Allahın bəndəsi olmaqdır.

İkinci şərt budur ki, gərək heç kəsin qəlbini incitməmiş olsun. O kəs ki, başqasının qəlbini sındırar – duasının həyata keçməsini necə gözləyə bilər ki? Qəlbi sınmış kəsin duası, onun duasından daha tez həyata keçər.

Belə isə, dualarımızın qəbul olunmasından naümid olmayaq və bilək ki, dua ediriksə, mütləq cavablandırılacaqdır!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031