Təvəkkülün 3 dərəcəsi
Alimlərin nəzərinə görə, təvəkkülün 3 dərəcəsi vardır.
Təvəkkülün ilk dərəcəsi odur ki, insanın Allaha etimadı, işlərini həll edən vəkilə etimadı kimi olar. Əslində bu, təvəkkülün ən aşağı dərəcəsidir. Çox asan əldə olunur və uzun müddət davam edir. Təvəkkülün ikinci dərəcəsi odur ki, insan Allaha həqiqi vəkili kimi baxar və birinci dərəcədən fərqli olaraq, bu dərəcə çox az insanlarda baş verir. Ən azı iki və ya üç gün davam edir. Ancaq xüsusi insanlar bu dərəcəyə çata bilirlər. Bu dərəcədə olan insanın əsas səyi – Allah dərgahında dua etmək, ümid və xof göz yaşları tökmək olur. Təvəkkülün ən ali dərəcəsi odur ki, insan bütün hərəkət və sükutlarını Allahın ixtiyarında görər. Bu dərəcənin ikinci dərəcə ilə fərqi ondadır ki, insan bu dərəcədə dua və ağlamaq səyini əldən verir və ümidi vardır ki, Allah onun bütün işlərini hikmət üzərindən yerinə yetirəcəkdir. Necə ki, Həzrət İbrahimi (ə) oda atan zaman mələklər ona deyirlər ki, Allahdan yardım istəsin. Ancaq o, cavabında deyir: “Allahın mənim halımdan xəbərdar olması, məni Ondan (nicat) istəməkdən ehtiyacsız etmişdir”. Əlbəttə, təvəkkülün bu dərəcəsi çox nadir insanlar üçün hasil olar. Siddiqinlər bu dərəcəyə çatarlar. Bu dərəcə ancaq bir neçə dəqiqə çəkər və sonra da tez aradan gedər. /Deyerler.org/ Oxşar xəbərlər
|