İnsanın üzərində hakim olan nədir?
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın elə bir yaratdığı yoxdur ki, onun üçün rəhbər qərar verməsin ki, ona hakim olsun.
Bu, ona görədir ki, Allah Təala dənizləri yaratdı, özləri ilə öyünüb coşdular. Dedilər: “Bizə nə hakim ola bilər ki?!”. Allah yeri yaratdı və onu dənizlərin arxasında genişləndirdi və dənizlər yerə ram oldular. Torpaq özü ilə öyündü və dedi: “Mənə nə hakim ola bilər ki?!”. Sonra külək özü ilə öyündü və tufan yaratdı. Dedi: “Mənə nə hakim ola bilər ki?!”. Allah insanı yaratdı və çarə düşündü. Bu yolla külək də xar oldu. Sonra insan üsyan etməyə qalxdı və dedi: “Hansı şeyin qüdrəti məndən çoxdur?!”. Allah onun üçün ölümü xəlq etdi. İnsan da xarlığa düçar oldu. Bu ölüm – onun ləzzətlərini məhv edən, onun xoşluq və naxoşluqlarının sonudur. Ləzzətləri məhv edəni çoxlu yada salın”. /Deyerler.org/ Oxşar xəbərlər
|