Dünyapərəstlik nədir?
Dünyapərəstlik nədir? Şəhid Mütəhhəri bu suala belə cavab vermişdir: “Dünyaya əlaqə bağlamaq deyildikdə, məqsəd təbii və fitri meyil deyildir. Dünyapərəstlik dedikdə, məqsəd onun əsiri olmaqdır. İslam dini bu halla mübarizə aparır”.
Dinimiz buyurur ki, insan elə yaşamalıdır ki, dünyanı axirəti üçün körpü qərar verməlidir. Nə ona məftun olmalıdır, nə də ondan uzaq durmalıdır. O, etidal həddə riayət edib, mənəviyyatını inkişaf etdirməlidir. İmam Əli (ə) dünyapərəstliyi məzəmmət etmiş və onun ziyanlarını bizə tanıtmışdır. O cümlədən: 1. Dünyapərəstlik – bütün xataların mənbəyidir. İmam Əli (ə) buyurur: “Dünya sevgisi bütün xata və günahların başındadır”. 2. İnsanın aldanmasına səbəb olar. İmam Əli (ə) buyurur: “Dünyanın məsəli ilan kimidir ki, bədəni yumşaqdır və daxilində öldürücü zəhəri vardır. Aldanmış nadan ona tərəf meyil edər, aqil alim ondan ehtiyat edər”. 3. Tamah və hərisliyə səbəb olar. İmam Əli (ə) buyurur: “Dünya sevgisi və məhəbbəti tamah meydana gətirər”. 4. İnsanı Allah qarşısında itaətsiz edər. İmam Əli (ə) buyurur ki, dünya sevgisi bir çoxlarının cihaddan boyun qaçırmasına səbəb olmuşdur. 5. Axirət səadətinə qarşıdır. İmam Əli (ə) buyurur: “Necə ki, gecə və gündüz cəm olunası deyildir, Allah sevgisi ilə dünya sevgisi də cəm olunası deyildir”. 6. Allahdan qəflətə səbəb olar. İmam Əli (ə) buyurur ki, dünya sevgisi insanın Allahdan qəflət etməsinə səbəb olar. 7. Məadı unutdurar. İmam Əli (ə) buyurur: “Dünyapərəstlik Qiyaməti yadınızdan çıxartmışdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|