Gündə 1000 salavat göndərən, behiştdəki yerini bu dünyada görər
Mьəllif: admin1
Tarix: 6-11-2020, 21:28
Gündə 1000 salavat göndərən, behiştdəki yerini bu dünyada görər
Salavat – o dəyərli zikrlərdəndir ki, duanın yerinə yetməsinə səbəb olar və namazı kamala çatdırar.

İnsanın qürb məqamına çatmasına səbəb olar və hər üç aləmdə insanın munisi olar.

Bəs salavatın insan həyatına başqa hansı təsirləri vardır?

1. Günahlarını bağışlayar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs hər gün şövq və məhəbbət üzündən mənə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gün və ya həmin axşam bağışlayar”.

2. Qiyamət günü tərəzidir. Salavat Qiyamət günü əməl tərəzisinə qoyulacaq ən ağır əməl olacaqdır.

3. Bu dünyadaykən, behişti görməyə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməz o zamana qədər ki, behiştdəki yerini görər”.

4. Şəfaət qismət olar. Əziz Peyğəmbərimiz (s) İmam Əliyə (ə) buyurur ki, hər kim hər gün və hər gecə mənə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar.

5. Qiyamətin susuzluğundan nicat tapar. Allah Təala Həzrət Musaya (ə) buyurur ki, əgər Qiyamətdə susuz olmaq istəmirsənsə, dünyada olan zaman mənim həbibimə salavat göndər.

6. Dualar yerinə yetər.

7. Hacətlər yerinə yetər.

8. Yoxsulluq aradan gedər.

9. Unutqanlıq aradan gedər.

10. İnsan salamat olar.

Salavatın digər bərəkətlərinə diqqət edək:

Salavat – Allahın insana verdiyi ən gözəl hədiyyədir.

Salavat – behişt töhfəsidir.

Salavat – ruhu cilalayar.

Salavat – insanın ağzını ətirli edər.

Salavat – behiştdə olan nurdur.

Salavat – Sirat körpüsünün nurudur.

Salavat – insan üçün şəfaətçidir.

Salavat – İlahi zikrdir.

Salavat – duanın kamala çatmasına və qəbul olmasına səbəb olar.

Salavat – namazın kamala çatmasına səbəb olar.

Salavat – insanın qürb məqamına çatmasına səbəb olar.

Salavat – Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.

Salavat – cəhənnəm atəşi qarşısında qalxandır.

Salavat – insanın bərzəx və Qiyamət aləmindəki munisidir.

Salavat – insanın behiştə getmək icazəsidir.

Salavat – insanı üç aləmdə sığorta edər.

Salavat – Qiyamət günü ən üstün əməldir.

Salavat – Qiyamət günü əməl tərəzisinə qoyulan ən ağır əməldir.

Salavat – ən sevimli əməldir.

Salavat – cəhənnəm atəşini söndürər.

Salavat – namazın zinətidir.

Salavat – günahları aradan aparar.

Salavat – ən yaxşı mənəvi dərmandır.

Salavat – yoxsulluq və nifaqı aradan aparar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031