Söyüş söyməyin dünya və axirət ziyanları
Söyüş söymək, pis sözlər danışmaq, insanları acılamaq – fasid, aciz, gücsüz və məntiqsiz insanların sifətlərindəndir.
Söyüş söyməyin dünya və axirət ziyanları vardır ki, onlarla tanış olaq: 1. Behişt ona haram olar. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah abırsız söyüş söyənə ki, nə dediyindən və ona nə deyildiyin qorxusu olmaz – behişti haram etmişdir”. 2. Bərəkəti aradan gedər. İmam Sadiq (ə) buyurur: “Hər kəs mömin qardaşına söyüş söyərsə, Allah ruzisindəki bərəkəti aradan qaldırar, onu öz halına buraxar”. Allah Təala cəmi insanları bu mənfi xislətdən uzaq etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|